Ölkəmizdə ilk dəfə olaraq Təhsil Nazirliyinin orqanı olan “Azərbaycan müəllimi” qəzetinin yeni elektron versiyası – virtual qəzet oxucuların istifadəsinə verilib.
Artıq istifadəçilər http://www.muallim.edu.az saytına daxil olaraq qəzetə tam görünüşdə baxa, səhifələyə və istədiyi səhifəni böyüdərək oxuya bilərlər. Təhsil Nazirliyinin mütəxəssisləri tərəfindən hazırlanmış yeni elektron versiya qəzetdəki informasiyalarla tam tanış olmağa, bütün məlumatları izləməyə, ayrı-ayrı məqalə və sənədləri olduğu kimi görməyə imkan verir. Qəzetin saytında materiallar bölmələr üzrə yerləşdirildiyindən məqalələri oxumaq üçün onları tək-tək axtarmaq zərurəti yaranırdısa, yeni virtual qəzetdə bütün səhifələr göz önündədir.
Yeni virtual qəzet “Elektron Azərbaycan” Dövlət Proqramı və “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, Təhsil Nazirliyində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi yaradılıb. Azərbaycanın mətbuat tarixində ilk dəfə belə bir mütərəqqi yeniliyə imza atan “Azərbaycan müəllimi” qəzetinin bu addımı yalnız geniş oxucu auditoriyasının, çoxminli təhsil işçilərinin, şagird və tələbələrin daha rahat informasiya almaq imkanlarının artırılması, təhsil sahəsində həyata keçirilən islahatların, qazanılmış uğurların ictimaiyyətə çatdırılması yollarının genişləndirilməsi məqsədlərinə xidmət edir.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Vyetnamın təhsil və təlim nazirinin müavini ilə görüşüb
07.05.2025 - 19:00 -
Mərakeş Krallığının Şahzadəsi 132-134 nömrəli Təhsil Kompleksində olub
07.05.2025 - 16:54 -
Nazir müavini “Sərhəd” hərbi-idman oyununun yekunu ilə bağlı keçirilmiş tədbirdə iştirak edib
06.05.2025 - 16:25 -
TikTokda #AzərbaycanMüəllimləri adlı milli müsabiqəyə start verilir
05.05.2025 - 14:29 -
Nazir müavini Azərbaycan nümayəndə heyətinin tərkibində Suriya Ərəb Respublikasında səfərdə olub
05.05.2025 - 10:51