• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yanvarın 28-də Bakı şəhər Əl Oyunları İdman Sarayında “Təhsildə İKT-nin tətbiqi – bilik, təcrübə, texnologiya” adlı baxış-sərgi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən tədbir Dövlət himninin səslənməsi ilə başlayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva mərasimi açaraq iştirakçıları salamlayıb. N.Rzaquliyeva məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı və təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı Dövlət proqramları çərçivəsində Bakı şəhərinin təhsil müəssisələrində görülən işlərdən bəhs edib. Qeyd olunub ki, bu gün yeni texnologiyaların təhsildə tətbiqi istiqamətində müvafiq tədbirlər həyata keçirilir, kompüterlərdən səmərəli istifadə etmək məqsədilə müəllimlərin İKT bacarıqlarının artırılması işi daim diqqətdə saxlanılır.
Tədbirdə iştirak edən Kiyev Şəhər Elm və Təhsil İdarəsinin rəisi Vera Zinovyevna Qoryunova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev çıxışlarında bu tədbirin təhsil sahəsində yeni texnologiyaların səmərəli istifadə olunması və geniş tətbiq edilməsində əhəmiyyətli rolundan bəhs ediblər.
Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verilib. İştirakçıları salamlayan təhsil naziri bu tədbirin Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən artıq ikinci ildir ki, təşkil edildiyini diqqətə çatdırıb və bu işi müsbət dəyərləndirib. Misir Mərdanov qeyd edib ki, ötən ildən fərqli olaraq bu sərgi yalnız bir sahəyə - müasir dövrdə çox aktual və təhsil sistemi üçün vacib olan mövzuya həsr olunub. Bakı şəhərinin təhsil müəssisələrində informasiya–kommunikasiya texnologiyalarının tətbiqi, qəbul imtahanlarında qazanılan nailiyyətlər  və digər məsələlərdən söz açan təhsil naziri Misir Mərdanov müəllim və şagirdlərə pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb, baxış-sərginin açılışı münasibətilə təşkilatçıları təbrik edib.
Tədbirdə İKT-nin təhsildə tətbiqindən bəhs edən videoçarx nümayiş etdirilib.
Sonra sərgiyə baxış keçirilib. Təhsil naziri Misir Mərdanov və digər qonaqlar sərgidə təşkil olunmuş 15 bölmə - distant təhsil, elektron məktəb, İKT ibtidai siniflərdə, ağıllı lövhə-interaktiv sinif və s. ilə tanış olublar.


9 il əvvəl