Ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının aparılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Son illər respublikanın (Naxçıvan MR istisna olmaqla) bütün ümumtəhsil məktəblərində və peşə liseylərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması təhsilin keyfiyyətinə müsbət təsir etmiş və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.
Buraxılış imtahanlarının yeni qaydada aparılmasının son nəticədə təhsilin keyfiyyətinin yüksəlməsinə təsir edən amillərdən biri olduğunu nəzərə alaraq
ƏMR EDİRƏM:
1. 2010/11-ci dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində, ötən dərs illərində buraxılış imtahanlarından qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət edən şəxslər də əhatə olunmaqla, ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılsın.
2. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı ana dili və riyaziyyat, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçirilsin.
3. Ümumtəhsil məktəblərində və peşə liseylərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları 2011-ci ilin 13 fevral – 17 aprel tarixlərində keçirilsin.
3.1. 3.1. ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları aşağıdakı şəhər və rayonlarda göstərilən tarixlərdə keçirilsin:
- Bakı şəhərində 13 fevral 2011-ci il tarixində;
- Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında 20 fevral 2011-ci il tarixində;
- Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında 13 mart 2011-ci il tarixində;
- Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında 27 mart 2011-ci il tarixində;
- Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında 03 aprel 2011-ci il tarixində;
- Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında 10 aprel 2011-ci il tarixində;
- Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında 17 aprel 2011-ci il tarixində;
- peşə liseylərində 27 fevral 2011-ci il tarixində;
Məcburi köçkün rayonlarının işğal altında olan ərazilərinə aid ümumtəhsil məktəblərində yoxlama imtahanı onların məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçirilsin.
3.2. 3.2. yoxlama imtahanının nəticələri keçirildiyi tarixdə jurnala yazılsın və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahan nəticələri nəzərə alınmaqla çıxarılsın.
4. ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları aşağıdakı şəhər və rayonlarda göstərilən tarixlərdə keçirilsin:
- Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında 02 iyun 2011-ci il tarixində;
- Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında 04 iyun 2011-ci il tarixində;
- Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında 07 iyun 2011-ci il tarixində;
- Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında 10 iyun 2011-ci il tarixində;
- Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında 13 iyun 2011-ci il tarixində;
- Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında 16 iyun 2011-ci il tarixində;
- Bakı şəhərində 17 iyun 2011-ci il tarixində;
- peşə liseylərində 24 aprel 2011-ci il tarixində;
Məcburi köçkün rayonlarının işğal altında olan ərazilərinə aid ümumtəhsil məktəblərində buraxılış imtahanı onların məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçirilsin.
5. Tam orta təhsil səviyyəsi üzrə təkrar imtahanlar müvafiq şəhər və rayonlarda göstərilən tarixlərdə keçirilsin.
6. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə eksternat imtahanları 2011-ci ilin 23 iyun tarixində Bakı şəhərində keçirilsin.
7. Təlim gürcü dilində olan məktəblərin IX (X) və XI (XII) siniflərində buraxılış imtahanlarının aparılması Təhsil Nazirliyi tərəfindən hazırlanmış imtahan materialları gürcü dilinə tərcümə edilməklə, müvafiq rayon təhsil şöbələrinə tapşırılsın.
8. Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablansın. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablansın.
9. Buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar peşə liseyləri və ümumtəhsil məktəblərinin şagirdləri, müəllim və valideynləri arasında 2010-cu ilin oktyabr-noyabr aylarında təlimati işlər aparılsın.
10. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) və Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsi (İ.Sadıqov) ümumi orta və tam orta təhsil səviyyələri üzrə imtahan verən şagirdlər haqqında müvafiq baza məlumatlarının toplanmasını həyata keçirsin.
11. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) və Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov) imtahan nəticələrinin təhlili əsasında zəruri təşkilati mexanizmlərin qurulması, onların koordinasiya olunması ilə bağlı təkliflər hazırlasın.
12. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (N.Rzaquliyeva), Gəncə Şəhər Təhsil İdarəsi (M.Əliyev), bütün şəhər (rayon) təhsil şöbələri, bilavasitə Təhsil Nazirliyinin nəzdindəki ümumi təhsil müəssisələrinin və peşə liseylərinin direktorları:
12.1. ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar olaraq məktəb rəhbərlərinin, müəllimlərin, şagirdlərin və valideynlərin mütəmadi olaraq maarifləndirilməsi işini təşkil etsinlər;
12.2. imtahan mərkəzlərini müəyyənləşdirərkən Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsi ilə razılaşdırsınlar;
12.3. buraxılış sinif şagirdlərinin yoxlama və buraxılış imtahanlarında iştirakını təmin etsinlər;
12.4. ümumi orta təhsil səviyyəsi üzrə şagirdlərin eksternat və payız imtahanlarında maksimum iştirakını təmin etsinlər;
12.5. tam orta təhsil səviyyəsi üzrə şagirdlərin təkrar və eksternat imtahanlarında maksimum iştirakını təmin etsinlər.
13. Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), Texniki-peşə təhsili şöbəsi (N.Məmmədov) nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı şəhər (rayon) təhsil şöbələrinə və peşə liseylərinə lazımi köməklik göstərsinlər.
14. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) imtahan materiallarının çap olunması ilə bağlı smeta sənədlərinin hazırlanmasını təmin etsin.
15. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində və “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını, yoxlama və buraxılış imtahanlarının nəticələrinin ictimaiyyətə çatdırılmasını həyata keçirsin.
16. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
18 oktyabr 2010-cu il.
Azərbaycan Respublikasının təhsil naziri
18 oktyabr 2010-cu il.
9 il əvvəl
Digər xəbərlər
-
Füzuli rayonu Aşağı Alıxanlı kənd tam orta məktəbində ilk idman festivalı keçirilib
26.09.2024 - 17:10 -
Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı ilə bağlı brifinq keçirilib
26.09.2024 - 15:00 -
Təhsilin İnkişafı Forumu keçiriləcək
26.09.2024 - 14:30 -
Moskva şəhərində Rusiya-Azərbaycan Elm və Təhsil Forumu keçirilir
26.09.2024 - 12:00 -
Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçiriləcək
25.09.2024 - 15:47