Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Aprelin 28-də Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Can Yannyan ilə görüşüb.
Azərbaycanda təhsilin müasir tələblər səviyyəsinə yüksəldilməsi yönündə görülən kompleks işlərdən, həyata keçirilən islahatlardan bəhs edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan dövlət siyasətində təhsil sektoruna xüsusi önəm verildiyini diqqətə çatdırıb. Ölkə təhsilinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bildirən Misir Mərdanov qeyd edib ki, atılan məqsədyönlü addımlar sayəsində dünya təhsil sisteminə inteqrasiya istiqamətində ciddi uğurlar qazanılıb və bir çox ölkələrlə səmərəli qarşılıqlı əlaqələrin inkişafına nail olunub. Respublikamızda təhsilin bütün pillələrində müşahidə edilən müsbət dəyişikliklərə toxunan təhsil naziri xarici ölkələrlə qarşılıqlı tələbə mübadiləsi istiqamətində görülən işlərdən, 2007-2015-ci illərdə 5000 azərbaycanlı gəncin dünyanın ən nüfuzlu ali məktəblərinə göndərilməsini nəzərdə tutan Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən söhbət açıb.
Azərbaycan Respublikasının təhsil sahəsində beynəlxalq əlaqələrinin əsas istiqamətlərinin tələbə, şagird və magistr mübadiləsi, birgə elmi tədqiqatlar, beynəlxalq və regionlararası təhsil proqramlarında yaxından iştirak etməkdən ibarət olduğunu söyləyən nazir 2008-2009-cu tədris ilində ölkəmizdə 7000-dən artıq əcnəbi tələbənin təhsil aldığını nəzərə çatdırıb. Misir Mərdanov Azərbaycanın ali məktəblərində oxuyan çinli tələbələrin sayının 228 nəfər olduğunu bildirib və təhsil sahəsində Çin Xalq Respublikası ilə əməkdaşlığın daha da genişlənəcəyinə inamını ifadə edib.
Təmsil etdiyi ölkənin təhsil sisteminin strukturu haqqında ətraflı məlumat verən Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Can Yannyan iki ölkə arasında təhsil sahəsində mövcud olan əlaqələrin daha da inkişaf etməsi, müvafiq nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti və digər məsələlər barədə fikirlərini bildirib. Səfir qeyd edib ki, Çin Azərbaycanla əlaqələrin dərinləşməsinə xüsusi önəm verir və bu baxımdan təhsil sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinə maraq göstərir.
Görüşdə hər iki ölkə arasında təhsil sahəsinə dair qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib, gələcək əməkdaşlığın əsas istiqamətlərindən söhbət açılıb.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
