Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Mayın 7-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönmünə həsr edilmiş «Azərbaycan - dünyam mənim» yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə təşkil etdiyi müsabiqənin yekun konfransı məktəblilərdən ibarət xor kollektivinin ifasında Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başlayıb.
Mərasimi giriş sözü ilə açan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva ölkəmizdə istedadlı uşaqların və gənclərin üzə çıxarılması sahəsində məqsədyönlü tədbirlərin həyata keçirildiyini və onların daim xüsusi qayğı ilə əhatə olunduğunu qeyd edib. Müsabiqə haqqında məlumat verən N.Rzaquliyeva bildirib ki, VIII-XI sinif şagirdlərini əhatə edən 3 layihə üzrə (ədəbi-bədii, elmi-tədqiqat, kompüter layihələri) keçirilən istedad yarışında 45 mindən artıq şagird iştirak edib, onlardan 74 nəfəri qalib adını qazanıb.
Sonra hər 3 layihənin ayrı-ayrı nominasiyalar üzrə qalibləri səhnəyə dəvət edilib və onlara mükafatlar təqdim olunub.
Səbail rayon icra hakimiyyətinin başçısı Sahib Ələkbərov, Binəqədi rayon icra hakimiyyətinin başçısı Alı Qocayev və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev bu müsabiqənin xüsusi qabiliyyətə malik uşaq və gənclərin inkişafındakı əhəmiyyətindən söz açıb, qalibləri, onların müəllimlərini və valideynlərini təbrik ediblər.
Mərasim iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov ulu öndərin anadan olmasının 86-cı ildönümü ərəfəsində belə bir tədbirin keçirilməsini təqdirəlayiq hadisə kimi dəyərləndirib və bu ənənənin gələcəkdə də davam etdirilməsinin zəruriliyini vurğulayıb. Nazir qeyd edib ki, istedadlı uşaqları aşkara çıxarmaqla yanaşı, onların yaradıcılıq qabiliyyətinin inkişafına daha əlverişli şərait yaratmaq və xüsusi qabiliyyəti ilə fərqlənən uşaqları daimi qayğı ilə əhatə etmək də mühüm şərtdir. Minlərlə iştirakçı arasından ən layiqlilərinin seçilməsinin çox məsuliyyətli bir iş olduğunu deyən təhsil naziri bu layihənin həyata keçirilməsində əməyi olan hər kəsə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşlarına, müsabiqənin təşkilat komitəsinin və münsiflər heyətinin üzvlərinə, müəllim və valideynlərə öz təşəkkürünü bildirib.
Qaliblər gənclərə öz xüsusi istedad və qabiliyyətlərini nümayiş etdirmələri üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirib və tədbirdə iştirak edən qonaqlarla xatirə şəkli çəkdiriblər.
Mərasimin sonunda yaradıcılıq müsabiqəsinin qaliblərinin ifasında maraqlı bədii proqram təqdim olunub.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
