Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Mayın 8-də «Gülüstan» sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri arasında təşkil edilmiş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Müsabiqə Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə təşkil edilib.
Mərasimi giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov respublikamızın hər yerində, bütün idarə və müəssisələrdə, dövlət qurumlarında, həmçinin təhsil ocaqlarında müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini söyləyib. Nazir deyib ki, Təhsil Nazirliyinin «Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında» 26 fevral 2009-cu il tarixli 222 nömrəli əmrinə uyğun olaraq gerçəkləşdirilən kompleks tədbirlər çərçivəsində ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri arasında inşa yazı müsabiqəsi təşkil edilib. Müsabiqə haqqında mərasim iştirakçılarına məlumat verən təhsil naziri bildirib ki, ümumtəhsil məktəblərinin 700 mindən artıq şagirdinin qatıldığı bu möhtəşəm bilik yarışı 3 mərhələdən ibarət olub. Müsabiqənin respublika mərhələsinə vəsiqə qazanmış 88 məktəblinin aprelin 25-də Bakıdakı akademik Zərifə Əliyeva adına orta məktəbdə «Ulu öndər Heydər Əliyevi düşünərkən...» mövzusunda inşa yazdığını vurğulayan Misir Mərdanov onlardan 5 nəfərinin I, 5 nəfərinin II, 10 nəfərinin III yerə layiq görüldüyünü, 56 nəfərin isə Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edildiyini bildirib. Təhsil naziri eyni şərtlərlə Naxçıvan Muxtar Respublikasında keçirilmiş müsabiqədə fərqlənən 10 nəfərin işi də daxil olmaqla, qaliblərin inşa yazılarının «Heydər Əliyev məktəblilərin gözü ilə» adlı topluda dərc edildiyini söyləyib.
Bu müsabiqənin artıq bir ənənəyə çevrildiyini qeyd edən təhsil naziri Misir Mərdanov məktəblilərin ulu öndər Heydər Əliyevin hamıya örnək olan həyat yolunu, ümummilli lider haqqında fikir və düşüncələrini uşaq təbiətinə xas olan səmimi hisslərlə, dərin hörmət və sonsuz ehtiram duyğuları ilə dolğun şəkildə ifadə etdiklərini bildirib. Ulu öndərin hər zaman uşaqları sevdiyini, onlara qayğı ilə yanaşdığını vurğulayan nazir ölməz şəxsiyyətin təhsillə bağlı söylədiyi dəyərli fikirləri bir daha mərasim iştirakçılarının nəzərinə çatdırıb, onun parlaq ideyalarının ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd edib. Çıxışında Heydər Əliyev Fondunun təhsillə bağlı gördüyü işlərdən də ətraflı söz açan Misir Mərdanov Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təhsilimizin inkişafındakı əvəzsiz xidmətlərinə dair konkret faktlarla fikirlərini tamamlayıb.
Daha sonra Təhsil Nazirliyinin Fəxri Fərmanına layiq görülən 56 şagirdin, I, II və III yerlərə sahib olan məktəblilərin adları açıqlanıb. Fəxri Fərmanla təltif olunanlara xatirə hədiyyələri, I, II və III yerləri qazanan 20 məktəbliyə isə noutbuklar təqdim olunub.
Bütün qalibləri təbrik edən Yeni Azərbaycan Partiyası sədrinin müavini, millət vəkili Əli Əhmədov ötən il olduğu kimi bu il də I, II, III yerləri tutmuş şagirdlərdən gələcəkdə ali məktəblərə qəbul olunanlara YAP tərəfindən aylıq təqaüdlərin verilməsinin qərara alındığını bildirib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov müsabiqə qaliblərinin pulla mükafatlandırılacağını nəzərə çatdırıb, uğur qazanan məktəblilərin hər birinin gələcəyinə böyük ümidlər bəslədiklərini söyləyiblər.
Sonda müsabiqənin keçirilməsində əməyi olanlara təşəkkürünü bildirən təhsil naziri Misir Mərdanov qalibləri, şagirdlərin valideynlərini və təhsil aldıqları məktəblərin pedaqoji kollektivlərini təbrik edib, onlara ən xoş istək və arzularını çatdırıb.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
