Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bu il ölkəmizdə orta ümumtəhsil məktəblərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək.
Azərbaycanın bütün ümumtəhsil məktəblərinin (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərinin şagirdləri, o cümlədən ötən dərs illərində buraxılış imtahanlarında qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən orta təhsil kursunu bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət etmiş şəxslər də əhatə olunmaqla, mərkəzləşdirilmiş buraxılış imtahanlarının vaxtı və imtahan götürüləcək fənlər Təhsil Nazirliyi tərəfindən əvvəlcədən müəyyən edilib. Belə ki, respublikamızın orta ümumtəhsil məktəblərinin IX sinif şagirdləri ana dili və riyaziyyat, XI sinif şagirdləri isə ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya, xarici dil fənlərindən buraxılış imtahanları verəcəklər. Təlim gürcü dilində olan məktəblərin XI (XII) sinifləri üçün test imtahan sualları müvafiq rayon təhsil şöbələri tərəfindən Təhsil Nazirliyinin yerlərə göndərdiyi "Test bankı"ndan istifadə edilməklə hazırlanıb təsdiq ediləcək.
Orta təhsil kursu üzrə buraxılış imtahanları saat 10.00-da başlamaqla 3 (üç) saat vaxt ərzində bölgələr üzrə aşağıdakı qrafik əsasında keçiriləcək:
3 iyun 2009-cu il
Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Ucar, Zaqatala, Saatlı, Sabirabad və Qobustan rayonları;
8 iyun 2009-cu il
Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağdam, Ağstafa, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonları;
12 iyun 2009-cu il
Şirvan şəhəri, Abşeron, Ağcabədi, Laçın, Astara, Beyləqan, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Neftçala, Salyan, Yardımlı və Zərdab rayonları;
16 iyun 2009-cu il
Bakı və Sumqayıt şəhərləri.
Əsas təhsil kursu üzrə buraxılış imtahanları 3 (üç) saat vaxt verilməklə 5 iyun, eksternat qaydasında əsas və orta təhsil kursu üzrə buraxılış imtahanları isə 23 iyun 2009-cu il tarixdə saat 10.00-da Bakı şəhərindəki 202 saylı məktəbdə keçiriləcək.
Əsas təhsil kursu üzrə buraxılış imtahanları 3 (üç) saat vaxt verilməklə 5 iyun, eksternat qaydasında əsas və orta təhsil kursu üzrə buraxılış imtahanları isə 23 iyun 2009-cu il tarixdə saat 10.00-da Bakı şəhərindəki 202 saylı məktəbdə keçiriləcək.
Onu da qeyd edək ki, peşə liseylərində orta təhsil kursu üzrə buraxılış imtahanları 24 aprel 2009-cu il tarixdə keçirilib.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
