Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilib
05.11.2026 - 17:18
Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Rüstəmov Azərbaycan Respublikası və Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 14-cü iclasında iştirak etmək məqsədilə energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Ukraynaya səfər edib.
5 noyabr tarixində Ukraynanın Ujqorod şəhərində keçirilən iclasda çıxış edən Elvin Rüstəmov Azərbaycan ilə Ukrayna arasında elm və təhsil sahəsində mövcud əməkdaşlıq və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər barədə məlumat verib. O, ümumi təhsil, elm və ali təhsil sahələrində həyata keçirilən birgə layihələr, tələbə və akademik heyətin mübadiləsi kimi bir sıra məsələlərə toxunub.
İclas çərçivəsində Azərbaycan və Ukrayna arasında iqtisadi, ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi, mədəniyyət, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın mövcud vəziyyəti, eləcə də inkişaf perspektivləri müzakirə olunub.
Müzakirələrdən sonra Hökumətlərarası Komissiyanın iclasının yekunlarına dair Protokol imzalanıb. Həmçinin 2026-2027-ci illər üçün 14 istiqamət üzrə tədbirləri əhatə edən Fəaliyyət Planı qəbul edilib.
Digər xəbərlər
-
“Böyük tənəffüs” məktəblilər üçün idman yarışı
23.11.2026 - 17:41 -
IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib
20.11.2026 - 18:00 -
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri müzakirə olunub
20.11.2026 - 17:00 -
“Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib
20.11.2026 - 16:35 -
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin kollektivinə təqdim olunub
19.11.2026 - 19:32
