Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Şamaxıda iki yeni körpələr evi-uşaq bağçasının açılışı olub

27.10.2026 - 09:40


Oktyabrın 26-da Şamaxıda Xınıslı körpələr evi-uşaq bağçasının və Göylər kəndində yeni inşa olunan körpələr evi-uşaq bağçasının açılışı olub.

 

AZƏRTAC xəbər verir ki, hər iki açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva iştirak edib,  yaradılan şəraitlə tanış olublar.

 

Qeyd edilib ki, Heydər Əliyev Fondu tərəfindən inşa edilən Xınıslı körpələr evi-uşaq bağçası 110 yerlikdir. Burada qızlar və oğlanlar üçün ayrı-ayrı korpuslarda yataq otaqları, eləcə də qrup, informatika və tibb otaqları, musiqi və gimnastika zalları, qarderob, yeməkxana var. Məktəbəqədər müəssisə zəruri mebel və avadanlıqlarla, qrup otaqları isə əyani vəsaitlərlə tam təchiz edilib. Uşaqların istirahəti üçün söhbətgahlar qurulub, oyun attraksionları olan meydança yaradılıb.

 

Körpələr evi-uşaq bağçasının müdiri Səidə Zahidova bildirib ki, 1969-cu ildə tikilən köhnə bağça binası istifadəyə yararsız olduğundan yeni binaya ehtiyac yaranmışdı. Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni körpələr evi-uşaq bağçasında uşaqlar altı qrupda təlim-tərbiyə prosesinə cəlb olunacaqlar.

 

Bundan başqa, Şamaxı rayonunun Göylər kəndində yeni inşa olunan körpələr evi-uşaq bağçasının tikintisinə Heydər Əliyev Fondu tərəfindən 2025-ci ildə başlanılıb. Məktəbəqədər təhsil müəssisəsi zəruri mebel və avadanlıqlarla, qrup otaqları əyani vəsaitlərlə tam təchiz edilib. Həyətyanı sahədə söhbətgahlar, uşaq əyləncə qurğuları ilə təmin edilmiş meydança inşa olunub.

 

160 uşaq yerlik körpələr evi-uşaq bağçasında qızlar və oğlanlar üçün yataq otaqları, qrup otaqları, musiqi və gimnastika zalları, mətbəx, yeməkxana, tibb və digər inzibati və texniki otaqlar yaradılıb. Körpələr evinin həyətyanı sahəsində abadlıq və yaşıllaşdırma işləri aparılıb, asfalt və qazon örtüyü döşənib, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.

 

Məktəbəqədər təhsil müəssisəsinin müdiri Aygün Mikayılova bildirib ki, 7750 nəfər sakini olan kənddə 55 nəfərlik köhnə uşaq bağçası var. Lakin təmirsiz və yararsız olduğundan Heydər Əliyev Fondu tərəfindən yenisi inşa olundu. Körpələr evi-uşaq bağçası 3 qrupdan ibarətdir: 2-3 yaş, 3-4 yaş və 4-5 yaş. Məktəbəqədər təhsil müəssisəsinin 17 nəfərlik heyəti var ki, onlardan 12-si texniki, 5-i isə pedaqoji işçidir.

 

Qeyd edək ki, ölkəmizdə yeni uşaq tərbiyə müəssisələrinin inşası, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulması ilə bağlı həyata keçirilən Dövlət proqramları ilə yanaşı, Heydər Əliyev Fondu da fəaliyyətində bu sahəni daim diqqətdə saxlayır. 2014-cü ildən bəri Fond “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramını həyata keçirərək uşaqların təlim-tərbiyəsinə, onların bilikli və savadlı yetişmələrinə öz töhfəsini verir. Proqramın icrası paytaxt Bakı ilə yanaşı, regionları da əhatə edir. Həmin regionlar arasında Şamaxı da yer alır. Ümumiyyətlə, son illərdə Şamaxıda bir sıra yeni körpələr evi-uşaq bağçaları, məktəblər inşa edilərək istifadəyə verilib.