Nazir müavini Həsən Həsənli “AI Academy”nin ilk məzunlarının təltif olunduğu tədbirdə iştirak edib
Oktyabrın 20-də Milli Süni İntellekt Strategiyasının icrası çərçivəsində “AI Academy”nin ilk “Məzun günü” keçirilib.
Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, eləcə də AZCON Holding-in Baş insan resursları inzibatçısı – departament direktoru Elnur Hüseynov iştirak ediblər.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxışı zamanı bildirib ki, Azərbaycan öz reallıqlarına və strateji hədəflərinə uyğun olaraq gənclərin inkişafı, onların müasir texnologiyalar sahəsində bilik və bacarıqlarının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir.
Nazir müavini son illərdə reallaşdırılan təşəbbüs və təlim proqramlarının insan kapitalının gücləndirilməsinə töhfə verdiyini qeyd edib. O, süni intellekt sahəsində təhsil proqramlarının müasir tələblərə uyğunlaşdırılmasının, praktiki bacarıqların artırılmasının və gənclərin davamlı öyrənməyə təşviq edilməsinin vacibliyini vurğulayıb.
Çıxışlar zamanı Milli Süni İntellekt Strategiyasının əsas prioritetlərindən biri olan insan kapitalının inkişafı, gənclərin müasir texnologiyalar sahəsində bilik və bacarıqlarının artırılması, eləcə də süni intellekt üzrə yerli mütəxəssislərin hazırlanmasının əhəmiyyəti vurğulanıb.
Tədbirdə həmçinin süni intellekt sahəsində uzunmüddətli rəqabət qabiliyyətinin gücləndirilməsinin yalnız texnoloji infrastrukturun inkişafından deyil, bu texnologiyaları yaradan, tətbiq edən və inkişaf etdirən ixtisaslı mütəxəssislərin yetişdirilməsindən də asılı olduğu diqqətə çatdırılıb. Dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi, tədris proqramlarının əmək bazarının tələblərinə uyğun qurulması və gənclərin innovasiya sahəsində potensialının reallaşdırılması mühüm istiqamətlər kimi qeyd olunub.
Sonda mərasim çərçivəsində ən yüksək akademik nəticə göstərən üç məzun xüsusi mükafatlarla, digər məzunlar isə diplomlarla təltif olunublar.
Qeyd edək ki, AZCON Holding-in şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin nəzdində fəaliyyət göstərən “AI Academy” 2025-ci ildə fəaliyyətə başlayıb. Akademiyanın ilk tədris proqramına 8000-dən çox müraciət daxil olub.
20.10.2026 - 20:16
Digər xəbərlər
-
Nazir müavini Həsən Həsənli “AI Academy”nin ilk məzunlarının təltif olunduğu tədbirdə iştirak edib
20.10.2026 - 20:16 -
Süni intellekt və kibertəhlükəsizlik sahəsində inkişafın sürətləndirilməsi üzrə qrant müsabiqəsi elan edilir
20.10.2026 - 12:37 -
Elm və təhsil naziri Almaniyanın Saksoniya federal torpağının elm naziri ilə görüşüb
19.10.2026 - 17:39 -
Dövlət Proqramı məzunları üçün karyera sərgisi keçirilib
19.10.2026 - 16:33 -
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb
19.10.2026 - 14:56
