Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir uşaqlar üçün təhlükəsiz rəqəmsal sistemlərin qurulmasına dair yüksək səviyyəli tədbirdə iştirak edib

Elm və təhsil naziri Emin Əmrullayev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən “Görünməz memarlıq: uşaqlar üçün təhlükəsiz rəqəmsal sistemlərin qurulması – beynəlxalq standartların və ortaq məsuliyyətin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli tədbirdə iştirak edib. 

 

Türkiyə Respublikasının Birinci xanımı Əminə Ərdoğanın rəhbərliyi altında Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən BMT-nin Uşaq Fondu və BMT Baş katibinin Uşaqlara Qarşı Zorakılıq üzrə Xüsusi Nümayəndəsinin Ofisi ilə birgə təşkil olunan tədbirdə bir sıra ölkələrin birinci xanımları, yüksək vəzifəli dövlət rəsmiləri, BMT və digər beynəlxalq təşkilatların nümayəndələri, eləcə də özəl sektor, akademik dairələr və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər. 

 

Tədbirdə uşaqların rəqəmsal mühitdə üzləşdiyi risklər, onların onlayn təhlükəsizliyinin qorunması, yaşa uyğun rəqəmsal xidmətlərin təşviqi, texnologiya şirkətləri və rəqəmsal platformaların məsuliyyətinin gücləndirilməsi, eləcə də süni intellekt və digər yeni texnologiyaların uşaqların təhlükəsizliyinə təsiri məsələləri müzakirə olunub. Eyni zamanda, görüş çərçivəsində uşaqların rəqəmsal mühitdə qorunması üzrə BMT çərçivəsində ümumi beynəlxalq minimum standartların formalaşdırılması, habelə dövlətlər, beynəlxalq təşkilatlar, texnologiya şirkətləri və digər maraqlı tərəflər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.


22.09.2026 - 14:28