Elm və təhsil naziri “Gələcəyi Birlikdə Qurmaq naminə Tərəfdaşlıq” tədbirində iştirak edib
Elm və təhsil naziri Emin Əmrullayev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən “Gələcəyi Birlikdə Qurmaq naminə Tərəfdaşlıq” tədbirində iştirak edib.
Gələcəyi Birgə Qurmaq naminə Qlobal Koalisiya və ABŞ Dövlət Departamentinin ən yaxşı gələcək nəsillər üzrə xüsusi nümayəndəsi Çeriti Uolles tərəfindən təşkil olunan tədbirdə uşaqların və gənclərin rəqəmsal dövrdə öyrənməsi, inkişafı və rifahının dəstəklənməsi, keyfiyyətli təhsilə çıxış imkanlarının genişləndirilməsi, habelə bu sahədə hökumətlər, beynəlxalq tərəfdaşlar və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Tədbir çərçivəsində uşaqların və gənclərin təhsil və qabaqcıl texnologiyalardan faydalanmaq imkanlarının genişləndirilməsinə yönəlmiş yeni dövlət-özəl sektor tərəfdaşlıqları təqdim olunub. Belə ki, “Adobe”, “Amazon”, “Google”, “Intel”, “N50”, “Starlink” və “Zoom” şirkətləri tərəfindən müxtəlif ölkələrdə təhsil, rəqəmsal bacarıqlar və texnologiyalara çıxışın genişləndirilməsini nəzərdə tutan yeni təşəbbüslər elan edilib.
Qeyd edək ki, Gələcəyi Birgə Qurmaq naminə Qlobal Koalisiya 23 sentyabr 2025-ci il tarixində BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ABŞ-nin Birinci xanımı Melaniya Trampın təşəbbüsü ilə yaradılıb. Koalisiyanın əsas məqsədi uşaqların rəqəmsal dövrdə təhsil, innovasiya və qabaqcıl texnologiyalardan faydalanmaq imkanlarının genişləndirilməsi, onların onlayn mühitdə təhlükəsizliyinin gücləndirilməsi, eləcə də rəqəmsal savadlılıq və bacarıqlarının inkişaf etdirilməsini təmin etməkdir.
22.09.2026 - 12:57
Digər xəbərlər
-
Nazir uşaqlar üçün təhlükəsiz rəqəmsal sistemlərin qurulmasına dair yüksək səviyyəli tədbirdə iştirak edib
22.09.2026 - 14:28 -
Elm və təhsil naziri “Gələcəyi Birlikdə Qurmaq naminə Tərəfdaşlıq” tədbirində iştirak edib
22.09.2026 - 12:57 -
Nazirliyin əməkdaşlarına dövlət təltifləri təqdim edilib
17.09.2026 - 17:21 -
Nazir “Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsində iştirak edib
17.09.2026 - 15:18 -
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib
16.09.2026 - 16:50
