AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib
“AZCON School of Engineering and Technology” – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) ilk tələbələri ilə görüş keçirilib.
Görüşdə elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, AZCON Holding-in icraçı direktoru Şahin Babayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Münhen Texniki Universitetinin (TUM) vitse-prezidenti Dr. Alex Braun, “TUM” professoru və AZSET proqramının akademik rəhbəri Hussam Amrouch və digər qonaqlar iştirak ediblər.
Səmimi ünsiyyət şəraitində keçən görüş zamanı AZSET-in tələbələri yeni təhsil mərhələsinə başlamaları münasibətilə təbrik olunub, onlara uğurlar arzulanıb. Tələbələrlə proqramın tədris prosesi, akademik mühit və qarşıdakı mərhələlər barədə söhbət aparılıb.
Tələbələr öz fikirlərini bölüşüb, onları maraqlandıran sualları ünvanlayıblar. Söhbət zamanı müasir mühəndislik və texnologiya sahələrində təhsil, praktiki təcrübə və sənaye ilə əməkdaşlığın əhəmiyyəti barədə danışılıb.
Tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirməsinin, yeni texnologiyaları yaxından öyrənməsinin və gələcək peşəkar inkişaflarına indidən hazırlaşmasının vacibliyi qeyd olunub.
AZSET haqqında
AZCON Mühəndislik və Texnologiya Məktəbi AZCON Holding və Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlığı, “TUM International GmbH”nın akademik dəstəyi ilə 14 may 2026-cı il tarixində təsis edilib.
AZSET innovativ bakalavr proqramı ali təhsil və sənaye arasında əməkdaşlığın yeni mərhələsini formalaşdıraraq tələbələrin nəzəri biliklərini real iş təcrübəsi ilə birləşdirir. Beynəlxalq akademik standartlara əsaslanan bu model ölkənin gələcək texnoloji ehtiyaclarına cavab verən peşəkar kadrların hazırlanmasına xidmət edir.
16.09.2026 - 16:50
Digər xəbərlər
-
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib
16.09.2026 - 16:50 -
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
16.09.2026 - 16:00 -
Elm və təhsil nazirinin Yardımlıdakı vətəndaş qəbulu ilə bağlı məlumat
16.09.2026 - 10:40 -
Nazirlik rəsmiləri Bilik Günü tədbirlərində
15.09.2026 - 17:40 -
Şamaxıda Bilik Günü tədbiri keçirilib
15.09.2026 - 14:52
