Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Şamaxıda Bilik Günü tədbiri keçirilib

Sentyabrın 15-də Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Şamaxı rayonunda Bilik Günü münasibətilə keçirilən tədbirdə iştirak edib.

 

Nazirliyin Aparat rəhbəri və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Göylər Dağ kəndində yerləşən Əlisuvar Məmmədov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən Bilik Günü tədbirinə qatılıb, müəllim və şagirdləri yeni tədris ili münasibətilə təbrik edib.

 

Tədbirdə çıxış edən Mətin Kərimli yeni tədris ili münasibətilə müəllim və şagirdlərə uğurlar arzulayıb, təhsilin keyfiyyətinin yüksəldilməsində məktəb kollektivinin qarşısında duran vəzifələrdən danışıb. Aparat rəhbəri şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsinin, onların müasir dövrün tələblərinə uyğun hazırlanmasının vacibliyini vurğulayıb.

 

Daha sonra nümayəndələr Şamaxı rayonunun Məlikçobanlı, Çarhan və Adnalı kənd tam orta ümumtəhsil məktəblərində olub, tədris prosesi ilə tanış olublar. Məktəblərdə təhsilalanların sayı, tədrisin təşkili, təhsil müəssisələrinin maddi-texniki imkanları və yeni tədris ili ilə bağlı hazırlıq işləri barədə məlumat verilib.

 

Nümayəndələr təhsil müəssisələrinin müəllim və şagirdləri ilə görüşüb, tədris prosesinin təşkili, təhsilalanların nailiyyətləri və məktəblərin qarşısında duran əsas məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşlər zamanı bölgələrdə təhsilin əlçatanlığının və keyfiyyətinin təmin edilməsi, məktəblərin mövcud imkanlarından səmərəli istifadə olunması və tədris mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.


15.09.2026 - 14:52