Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavini Həsən Həsənli Sumqayıtda Bilik Günü tədbirində iştirak edib

Sentyabrın 15-də Sumqayıt şəhəri 21 nömrəli tam orta ümumtəhsil məktəbində 2026-2027-ci tədris ilinin başlanması münasibətilə Bilik Günü tədbiri keçirilib.

 

Tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, məktəb kollektivi, şagird və valideynlər iştirak ediblər.

 

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə yeni tədris ili münasibətilə müəllim və şagirdlər təbrik olunub, qarşıda duran əsas hədəflər və təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib.

 

Elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxışında ölkədə təhsil infrastrukturunun yenilənməsi və müasir tədris mühitinin formalaşdırılması istiqamətində görülən işlərdən danışıb. Müəllimlərin təhsil prosesində əsas aparıcı qüvvə olduğunu vurğulayan nazir müavini şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb.

 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdə təhsil müəssisələrinin yenilənməsi və məktəb infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması istiqamətində həyata keçirilən işlərə toxunub. Eyni zamanda məktəb kollektivinə və şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb.

 

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva isə region üzrə təhsilin inkişafı, müəllim və şagirdlərin nailiyyətlərinin artırılması istiqamətində görülən işlərdən bəhs edib.

 

Tədbir çərçivəsində şagirdlərin ifasında musiqi və bədii kompozisiyalar təqdim olunub.

 

Daha sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olub, sinif otaqlarına və digər tədris məkanlarına baxış keçiriblər.

 

Qeyd edək ki, 1971-ci ildən fəaliyyət göstərən məktəbdə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Məktəb müasir tədris mühitinə uyğun şəkildə yenidən istifadəyə verilib.


15.09.2026 - 14:31