Nazir Emin Əmrullayev Bilik Gününü Bakı şəhəri 21 nömrəli tam orta ümumtəhsil məktəbində qeyd edib
Sentyabrın 15-də Bakı şəhəri Eldar Məmmədov adına 21 nömrəli tam orta ümumtəhsil məktəbində Bilik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, məktəb kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbir Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili münasibətilə müəllim və şagirdləri təbrik edib, qarşıya qoyulan əsas hədəflərdən danışıb. Nazir təhsilin keyfiyyətinin yüksəldilməsində müəllimlərin peşəkarlığının, məktəb rəhbərliyinin effektiv fəaliyyətinin və şagirdlərin öyrənməyə motivasiyasının mühüm rol oynadığını vurğulayıb.
Emin Əmrullayev şagirdlərə yeni bilik və bacarıqlar əldə etməklə yanaşı, öyrəndiklərini həyatda tətbiq etməyə, müəllimlərə isə hər bir şagirdin potensialının üzə çıxarılması istiqamətində səylərini davam etdirməyə çağırıb.
Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov yeni tədris ili münasibətilə müəllim və şagirdləri təbrik edib, onlara təhsil prosesində uğurlar arzulayıb.
Çıxış edən məktəb direktoru Elgün Əliyev yeni tədris ili ilə bağlı hazırlıq işləri, təhsilalanların nailiyyətləri və tətbiq olunan layihələr barədə məlumat verib. Bildirib ki, 2025-2026-cı tədris ilində məktəbin tam orta təhsil pilləsi üzrə 64 məzunundan 31-i ali təhsil müəssisələrinə qəbul olub. 2026-2027-ci tədris ilindən etibarən məktəbdə X-XI siniflər üzrə 169 şagirdin cəlb olunduğu yeni təmayül tədris modelinin tətbiqinə başlanılıb.
Tədbirin sonunda şagirdlərin ifasında musiqi və bədii kompozisiyalar təqdim olunub.
Daha sonra elm və təhsil naziri məktəbdə tədris prosesi ilə tanış olub, sinif otaqlarına baxış keçirib. Nazir şagirdlərlə səmimi söhbət aparıb, onların yeni tədris ili ilə bağlı gözləntiləri, maraq göstərdikləri fənlər və gələcək planları ilə maraqlanıb.
15.09.2026 - 12:00
Digər xəbərlər
-
Nazir Emin Əmrullayev Bilik Gününü Bakı şəhəri 21 nömrəli tam orta ümumtəhsil məktəbində qeyd edib
15.09.2026 - 12:00 -
2026-2027-ci tədris ilinə start verilir
15.09.2026 - 08:00 -
Nazir müavini Həsən Həsənlinin Qazaxdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
14.09.2026 - 12:10 -
İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
14.09.2026 - 10:56 -
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
11.09.2026 - 16:00
