Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüş keçirilib

İyulun 23-də Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun proqramının müsahibə mərhələsini uğurla başa vurmuş iştirakçılarla görüş təşkil olunub.

 

Gəncləri salamlayan Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli proqramın məqsədi, əhatə dairəsi və iştirakçılar üçün yaratdığı imkanlar barədə məlumat verib. O bildirib ki, “Maarifçi” proqramı gənclərin peşəkar inkişafına dəstək olmaqla yanaşı, onların dövlət idarəçiliyi sahəsində praktik bilik və bacarıqlar qazanmasına, nəzəri biliklərini real iş mühitində tətbiq etməsinə şərait yaradır. Aparat rəhbəri vurğulayıb ki, proqram müddətində əldə ediləcək təcrübə iştirakçıların gələcək karyerasının formalaşmasında mühüm rol oynayacaq. Mətin Kərimli yeni iştirakçıları təşəbbüskar olmağa, öyrənməkdən və inkişaf etməkdən çəkinməməyə çağıraraq onlara proqram müddətində uğurlar arzulayıb.

 

Görüşdə çıxış edən proqramın işçi qrupunun üzvləri də iştirakçıları təbrik edib, onları qarşıda gözləyən fəaliyyət istiqamətləri barədə məlumatlandırıblar. Tədbir sual-cavab sessiyası ilə davam edib və sonda xatirə şəkli çəkdirilib.

 

Qeyd edək ki, cari ildə IV “Maarifçi” tələbə-məzun proqramına rekord sayda – 5 096 müraciət daxil olub. İlkin seçim meyarlarına cavab verən 3 721 namizəd test imtahanı mərhələsinə dəvət edilib. Yüksək nəticə göstərən 881 namizəd müsahibə mərhələsində iştirak edib. Nazirliyin müxtəlif struktur bölmələrinin ekspertlərinin qiymətləndirməsi əsasında 53 namizəd proqram iştirakçısı seçilərək “Maarifçi” adını qazanıb.


Dörd ay davam edəcək proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyində, ölkənin 12 şəhər və rayonunda yerləşən struktur bölmələrində, eləcə də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təcrübə keçəcəklər. Eyni zamanda onlar müxtəlif təlim və görüşlərdə iştirak edərək peşəkar və sosial bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər.

Məlumat üçün bildirək ki, “Maarifçi” tələbə-məzun proqramı 2024-cü ildən təşkil olunur və indiyə kimi 102 nəfər bu proqramın iştirakçısı olub. Hazırda proqramın 52 məzunu Elm və Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində əmək fəaliyyətinə cəlb olunub.


23.07.2026 - 15:32