Nazir müavini Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında iştirak edib
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Daşkənd şəhərində keçirilən Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında iştirak edib.
Nazir müavini çıxışı zamanı Azərbaycan ilə Özbəkistan arasında elm və təhsil sahəsində mövcud əməkdaşlıq və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər barədə məlumat verib. Xüsusilə məktəbəqədər və ümumi təhsil, STEAM əsaslı təhsil, elm və ali təhsil sahələrində həyata keçirilən birgə layihələr, tələbə və akademik heyətin mübadiləsi, birgə elmi fondun yaradılması imkanları, eləcə də özbək və Azərbaycan dillərinin qarşılıqlı tədrisi kimi bir sıra məsələlərə toxunub.
İclas çərçivəsində Azərbaycan və Özbəkistan arasında ticarət-iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın mövcud vəziyyəti, eləcə də inkişaf perspektivləri müzakirə olunub.
Yekunda komissiyanın həmsədrləri tərəfindən iclasın nəticələrinə dair protokol imzalanıb.
17.07.2026 - 18:00
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Səmərqənddə keçirilən “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib
23.10.2026 - 12:59 -
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22.10.2026 - 19:40 -
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05
