UNESCO-da Elmlərin Dayanıqlı İnkişaf üzrə Qlobal Konfransı keçirilib
15–17 iyul tarixlərində UNESCO-nun Parisdə yerləşən mənzil-qərargahında Elmlərin Dayanıqlı İnkişaf üzrə Beynəlxalq Onilliyinin (IDSSD) 2026-cı il Qlobal Konfransı keçirilib. "Elm fəaliyyətdə: hamı üçün dayanıqlı və ədalətli gələcəyin müəyyənləşdirilməsi" mövzusuna həsr olunan konfransda Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman iştirak edib.
UNESCO-ya üzv dövlətlərin hökumət nümayəndələrini, beynəlxalq elmi qurumları, akademik institutları, özəl sektoru və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrini bir araya gətirən konfrans dayanıqlı inkişaf naminə elmin rolunun daha da gücləndirilməsi və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm platforma rolunu oynayır.
Konfrans UNESCO-nun baş direktorunun, yüksək səviyyəli hökumət nümayəndələrinin və beynəlxalq elm ictimaiyyətinin tanınmış simalarının iştirakı ilə keçirilən açılış mərasimi ilə öz işinə başlayıb. Açılış çıxışlarında Elmlərin Dayanıqlı İnkişaf üzrə Beynəlxalq Onilliyinin həyata keçirilməsi çərçivəsində əldə olunan əsas nailiyyətlər təqdim edilib, elmin qlobal problemlərin həllində həlledici rolu vurğulanıb və beynəlxalq həmrəyliyin daha da gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.
"2030-dan sonra elm: növbəti inkişaf mərhələsinin müəyyənləşdirilməsi", "Diaqnozdan fəaliyyətə: elmi prioritetlərin müəyyənləşdirilməsi" mövzularında keçirilən plenar iclaslarda uzunmüddətli qlobal çağırışlar, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması baxımından mövcud elmi boşluqlar, süni intellekt texnologiyalarının yaratdığı imkanlar və yeni texnologiyaların idarə olunması yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, konfransın yekun plenar iclasında üç gün ərzində keçirilmiş müzakirələrin əsas nəticələri ümumiləşdirilib və Elmlərin Dayanıqlı İnkişaf üzrə Beynəlxalq Onilliyinin növbəti mərhələsi üçün prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
17.07.2026 - 16:00
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Səmərqənddə keçirilən “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib
23.10.2026 - 12:59 -
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22.10.2026 - 19:40 -
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05
