Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan məktəbliləri Beynəlxalq Fizika Olimpiadasında son 20 ilin ən yüksək nəticəsini əldə ediblər

4–12 iyul tarixlərində Kolumbiyanın Bukaramanqa şəhərində keçirilən 56-cı Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2026) Azərbaycan komandası 3 gümüş və 2 bürünc medal qazanıb.

 

Belə ki, Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və təbiət elmləri liseyinin XI sinif şagirdi Zeynəb Məhəmmədli, Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdi Bəxtiyar Ağayev və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Murad Xəlil gümüş medala layiq görülüblər.

 

Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Raiq Babazadə və Bakı şəhəri Texniki-humanitar liseyin XI sinif şagirdi Məhəmməd Cəfərli isə bürünc medal qazanıblar.

 

Qeyd edək ki, Azərbaycan məktəbliləri Beynəlxalq Fizika Olimpiadasında əldə etdikləri bu nəticə ilə son 20 ilin ən yüksək göstəricisinə imza atıblar.

 

Beynəlxalq Fizika Olimpiadası məktəblilər arasında fizika fənni üzrə keçirilən ən nüfuzlu beynəlxalq bilik yarışlarından biridir. Cari ildə keçirilən olimpiadada dünyanın müxtəlif ölkələrindən yüzlərlə məktəbli iştirak edib.


13.07.2026 - 11:33