Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavini “Gənc xilasedici” beynəlxalq yarışın qaliblərinin mükafatlandırılması mərasimində iştirak edib

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin, Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən “Gənc xilasedici” XII beynəlxalq yarışın və “Gənc xilasedici və yanğınsöndürən” XIII ümumrespublika birinciliyinin qaliblərinin iyulun 4-də Qəbələ şəhərində mükafatlandırılması mərasimi keçirilib.

 

Mərasimdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Builki yarışlarda Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Belarus və Rusiyadan olan komandalar iştirakçı, Tacikistan isə müşahidəçi qismində iştirak edib.

 

Yarışlar yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə sağlam həyat tərzinin, fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və milli-vətənpərvərlik ruhunun aşılanması, xilasedici peşəsinə marağın artırılması, müxtəlif ölkələrin gənc xilasediciləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin formalaşdırılması məqsədilə təşkil edilib.

 

Dövlət Himninin səsləndirilməsi ilə başlanan rəsmi hissədə əvvəlcə yarışlar videoçarx nümayiş olunub.

 

Sonra məktəblilərin təqdimatında milli vətənpərvərlik və ölkələr arasında dostluğu tərənnüm edən bədii hissə izlənilib, qaliblərə kubok, diplom, fəxri fərman və qiymətli hədiyyələr, digər iştirakçılara isə fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.

 

Qeyd edək ki, komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar.

 

Gərgin mübarizə şəraitində keçən beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Özbəkistan, üçüncü yeri isə Belarus komandası tutub. Ümumrespublika birinciliyində isə birinci yerə İsmayıllı şəhər N.Behdiyev adına 6 nömrəli tam orta məktəbinin, ikinci yerə Naxçıvan Muxtar Respublikası Babək rayon Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbinin, üçüncü yerə isə Qusar rayon Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbinin komandası layiq görülüb.


04.07.2026 - 18:00