Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Firudin Qurbanov “Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda beynəlxalq elmi-praktiki konfransın açılışında iştirak edib

İyulun 3-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının yaradılmasının 10 illik yubileyi münasibətilə təşkil olunan “Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda beynəlxalq elmi-praktiki konfransın rəsmi açılış mərasimi keçirilib.

 

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Zaqatala şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra qonaqlar konfrans çərçivəsində təşkil olunmuş sərgi ilə tanış olublar. Tədbir çərçivəsində UNEC Zaqatala filialının 10 illik fəaliyyətinə həsr edilmiş “The Driving Force of Regional Development: UNEC Zaqatala Branch” kitabının təqdimatı keçirilib.

 

Rəsmi açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra UNEC Zaqatala filialının yaradılmasının 10 illiyinə həsr olunmuş, filialın fəaliyyət tarixini, inkişaf mərhələlərini, əldə olunan nailiyyətləri və həyata keçirilən layihələri əks etdirən videoçarx nümayiş etdirilib.

 

Konfransı giriş nitqi ilə açan Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxışında regional ali təhsil müəssisələrinin inkişafından, rəqəmsallaşmanın ali təhsil sistemində yaratdığı imkanlardan və UNEC Zaqatala filialının 10 il ərzində əldə etdiyi uğurlardan bəhs edib.

 

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək UNEC Zaqatala filialının regionda ali təhsilin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib, filial kollektivini 10 illik yubiley münasibətilə təbrik edib. 

 

Nazir müavini bildirib ki, müasir dövrdə universitetlər yalnız bilik verən təhsil müəssisələri deyil, həm də innovasiya, texnoloji inkişaf və insan kapitalının formalaşmasının əsas mərkəzləridir. Onun sözlərinə görə, regional universitetlər bölgələrin sosial-iqtisadi inkişafında daha fəal rol oynamalı, əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığını təmin etməli və müasir çağırışlara çevik cavab verən ali təhsil modeli formalaşdırmalıdır.

 

Nazir müavini qeyd edib ki, ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin artırılması üçün güclü nəzəri hazırlıq bacarıq əsaslı təhsillə uzlaşdırılmalı, təhsil proqramları mütəmadi yenilənərək əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır. O vurğulayıb ki, rəqəmsallaşma, süni intellekt və yaşıl iqtisadiyyat kimi prioritet istiqamətlər ali təhsil sistemində daha geniş yer tutmalıdır.

 

Açılış mərasimində çıxış edən digər rəsmi qonaqlar, ali təhsil müəssisələrinin rəhbərləri və elm ictimaiyyətinin nümayəndələri UNEC Zaqatala filialının regionda ali təhsilin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirərək filialın 10 illik yubileyi münasibətilə təbriklərini çatdırıblar.

 

UNEC Zaqatala filialının direktoru Raqif Qasımov çıxışında filialın ötən 10 il ərzində keçdiyi inkişaf yolundan, əldə olunan akademik nailiyyətlərdən, maddi-texniki bazanın gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və elmi fəaliyyət istiqamətində görülən işlərdən bəhs edib. O, qarşıdakı dövrdə filialın inkişafının əsas prioritetləri barədə məlumat verib.

 

Qeyd edək ki, beynəlxalq elmi-praktiki konfransa ümumilikdə 310 məqalə müəllifi tərəfindən müraciət daxil olub. Elmi ekspertiza və seçim prosesinin nəticələrinə əsasən 288 məqalə təqdimat üçün qəbul edilib. 

 

Konfrans çərçivəsində “Regional universitetlərin regionların sosial-iqtisadi inkişafına təsiri” mövzusunda dəyirmi masa keçirilib.

 

Beynəlxalq elmi-praktiki konfrans öz işini 4 iyul tarixində panel iclasları və beynəlxalq vökşoplarla davam etdirəcək.


03.07.2026 - 18:00