Aqrar sektor və təhsil sahəsi arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görüş keçirilib
Elm və Təhsil Nazirliyində Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şura üzvləri ilə aqrar sektor və təhsil sahəsi arasında əməkdaşlığın genişləndirilməsi məsələlərinə həsr olunmuş görüş keçirilib.
Görüşdə İctimai Şuranın üzvləri ilə yanaşı, Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin əməkdaşları iştirak ediblər.
Görüş çərçivəsində İctimai Şuranın sədri Mürvət Həsənli aqrar sahədə əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkili, işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi, eləcə də ali təhsil müəssisələrində aparılan elmi-tədqiqat işlərinin sektorun aktual problemlərinin həllinə yönəldilməsi ilə bağlı təkliflərini səsləndirib. Bununla yanaşı, İctimai Şuranın digər üzvləri tərəfindən aqrar sahədə prioritet ixtisaslar üzrə kadr hazırlığının genişləndirilməsinin, tələbələrin praktiki bacarıqlarının inkişafı məqsədilə təcrübə bazalarının artırılmasının və tədris məzmununun əmək bazarının ehtiyaclarına uyğun şəkildə yenilənməsinin vacibliyi vurğulanıb.
Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman kənd təsərrüfatı sahəsində ixtisaslı kadr hazırlığının gücləndirilməsi istiqamətində həyata keçirilən yeniliklər barədə məlumat verib. O, həmçinin peşə, orta ixtisas və ali təhsil pillələri üzrə aqrar ixtisaslara tələbə qəbulu göstəriciləri və bu istiqamətdə görülən işlər barədə iştirakçıları məlumatlandırıb.
Tərəflər aqrar sektorun dayanıqlı inkişafı üçün rəqabətqabiliyyətli və peşəkar insan kapitalının hazırlanmasının prioritet əhəmiyyət daşıdığını vurğulayıblar.
Görüşün sonunda aqrar sahənin ehtiyaclarına uyğun kadr hazırlığının gücləndirilməsi, təhsil və istehsalat arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində qarşılıqlı fəaliyyətin davam etdirilməsi barədə razılıq əldə olunub.
03.07.2026 - 09:52
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Səmərqənddə keçirilən “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib
23.10.2026 - 12:59 -
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22.10.2026 - 19:40 -
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05
