“Danışır təcrübə” layihəsinin XI görüşünün qonağı Məleykə Abbaszadə olub
19.06.2026 - 14:21
Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Danışır təcrübə” layihəsinin XI görüşü baş tutub. Budəfəki görüşün qonağı Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə olub.
Bakı Slavyan Universitetində baş tutan görüş çərçivəsində Məleykə Abbaszadə “İnsan potensialının qiymətləndirilməsi və dəyişikliklərə adaptasiya” mövzusunda çıxış edib.
Məleykə Abbaszadə müasir dövrdə insan potensialının müəyyənləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində tətbiq olunan yanaşmalar, istedadın aşkarlanması mexanizmləri, eləcə də qiymətləndirmə sistemlərinin cəmiyyətin dəyişən tələblərinə uyğunlaşdırılması məsələlərinə toxunub. Görüş zamanı süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə qiymətləndirmənin gələcəyi, insan faktorunun əhəmiyyəti və texnologiyalarla insan təfəkkürü arasında balansın qorunması məsələləri də müzakirə olunub.
Məleykə Abbaszadə həmçinin qiymətləndirmə sistemlərinin gələcək inkişaf istiqamətləri, beynəlxalq təcrübədə tətbiq olunan innovativ yanaşmalar və qlobal tendensiyalar barədə fikirlərini iştirakçılarla bölüşüb.
Görüş interaktiv müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Danışır təcrübə” layihəsi Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir.
Layihə çərçivəsində keçirilən görüşlər əməkdaşların davamlı inkişafının təmin edilməsinə, liderlik və idarəetmə bacarıqlarının artırılmasına, eləcə də müasir çağırışlara uyğun kadr potensialının formalaşdırılmasına xidmət edir.
Digər xəbərlər
-
Nazir Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universitetinin Şura sədri və Partiya Komitəsinin katibi ilə görüşüb
25.11.2026 - 17:34 -
Nazir müavini “Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyasına həsr olunmuş konfransın açılış mərasimində iştirak edib
25.11.2026 - 17:30 -
Pakistan İslam Respublikasının Baş nazirinin Gənclər Proqramının Baş direktoru ilə görüş keçirilib
25.11.2026 - 15:30 -
IV “Maarifçi” tələbə-məzun proqramı yekunlaşıb
25.11.2026 - 13:05 -
“Böyük tənəffüs” məktəblilər üçün idman yarışı
23.11.2026 - 17:41
