Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir!
11.06.2026 - 14:30
Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası keçiriləcək.
Olimpiada məktəblilər arasında idmanın inkişafı, sağlam həyat tərzinin təşviqi, fiziki hazırlığın yüksəldilməsi və istedadlı gənclərin üzə çıxarılması məqsədi daşıyır.
İştirakçılar ağırlıqqaldırma, atletika, badminton, basketbol, boks, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, stolüstü tennis, taekvondo və velosiped idmanında yarışacaqlar. Ümumilikdə ölkəmizin 59 rayon və şəhərini 2000-dən çox məktəbli təmsil edəcək. Olimpiadada iştirak edəcək məktəblilər Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin tabeliyində, həmçinin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələridir.
Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi iyunun 20-də Bakı Kristal Zalında keçiriləcək. Yarışlar 21-26 iyun tarixlərini əhatə edəcək.
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Səmərqənddə keçirilən “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib
23.10.2026 - 12:59 -
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22.10.2026 - 19:40 -
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05
