Tələbə Basketbol Liqasının 2025/2026 mövsümünə yekun vurulub
10.06.2026 - 15:10
Ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən Tələbə Basketbol Liqasının 2025/2026 mövsümünün bağlanış mərasimi baş tutub.
III yer uğrunda mübarizədə Azərbaycan Dövlət İqtisad Universitetinin komandası Bakı Dövlət Universitetinin komandasına qalib gəlib. Gərgin keçən final oyununda Azərbaycan Texniki Universitetinin komandası Azərbaycan İdman Akademiyasının komandasını məğlub edərək liqanın qalibi olub.
Oyunlardan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə Elm və Təhsil Nazirliyinin, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan Basketbol Federasiyasının nümayəndələri iştirak edib.
Qeyd edək ki, Tələbə Basketbol Liqası Elm və Təhsil Nazirliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə keçirilir.
8 ali təhsil müəssisəsinin komandasının mübarizə apardığı liqaya 2025-ci ilin noyabr ayında start verilib.
Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında basketbol idman növünün təbliği, bu idman növünə marağın artırılması, tələbələrdən ibarət yığma komandaların heyətinin müəyyənləşdirilməsi və onlar arasında vətənpərvərlik, dostluq əlaqələrinin gücləndirilməsindən ibarətdir.
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Səmərqənddə keçirilən “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib
23.10.2026 - 12:59 -
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22.10.2026 - 19:40 -
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05
