Firudin Qurbanov Azərbaycan və Belarus arasında Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclasında iştirak edib
İyunun 2-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Minsk şəhərində keçirilən Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclasında iştirak edib. İclas çərçivəsində Azərbaycan və Belarus arasında ticarət-iqtisadi, sənaye, nəqliyyat, tikinti, kənd təsərrüfatı, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın mövcud vəziyyəti, eləcə də gələcək inkişaf perspektivləri müzakirə olunub.
İclasda çıxış edən nazir müavini iki ölkə arasında elm və təhsil, xüsusilə peşə təhsili və ali təhsil sahəsində əməkdaşlıq məsələlərinə toxunub. Firudin Qurbanov həmçinin Azərbaycanın ali təhsil müəssisələrində fəaliyyət göstərən Belarus dili və mədəniyyəti mərkəzlərinin, eləcə də Belarusda fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin iki xalq arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, dillərin tədrisi və yüksək ixtisaslı kadrların hazırlanması baxımından mühüm rol oynadığını diqqətə çatdırıb.
Nazir müavini çıxışında elm və təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi, birgə təhsil proqramlarının dəstəklənməsi, ali və peşə təhsili müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi, tələbə və elmi-akademik heyətin mübadiləsi, o cümlədən Qarabağ Universitetinə Belarusdan olan tələbə və müəllimlərin cəlb edilməsi istiqamətində bir sıra təklifləri irəli sürüb.
Yekunda komissiyanın həmsədrləri tərəfindən iclasın nəticələrinə dair protokol imzalanıb.
02.06.2026 - 17:31
Digər xəbərlər
-
Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb
01.10.2026 - 16:35 -
Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetini ziyarət edib
01.10.2026 - 10:18 -
Müdafiə sənayesi üzrə ali təhsil, kadr hazırlığı, elmi-tədqiqat və texnologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
30.09.2026 - 21:18 -
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçiriləcək
29.09.2026 - 15:47 -
“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub
29.09.2026 - 15:11
