Təhsil üzrə bir sıra mühüm xidmətlər artıq mygov-da!
15.05.2026 - 14:00
Elm və Təhsil Nazirliyinə aid 5 yeni xidmətin mygov platformasına inteqrasiyası sayəsində təhsilalanlar və valideynlərin işi rahatlaşacaq.
mygov ilə:
- abituriyentlərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qeydiyyatı;
- bakalavrların magistratura və rezidentura səviyyələrinə qeydiyyatı;
- ümumi orta və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş abituriyentlərin qeydiyyatı;
- məktəbəqədər təhsil müəssisələrinə sənəd qəbulu proseslərini onlayn qaydada tamamlaya bilərsiniz.
Növbəti tədris ili üçün qeydiyyat proseslərini my.gov.az saytından "Xidmətlər" bölməsindən "Elm və Təhsil Nazirliyi" və ya "Təhsil" sahəsini seçərək rahatlıqla icra edə bilərsiniz.
Rəqəmsal dövlət xidmətlərinin vahid məkanda toplanması vaxtınıza qənaət edərək prosesləri şəffaf idarə etməyə imkan yaradır.
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Səmərqənddə keçirilən “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib
23.10.2026 - 12:59 -
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22.10.2026 - 19:40 -
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05
