Elm və təhsil naziri Beynəlxalq Bakalavriat (IB) Təşkilatının baş direktoru ilə görüşüb
19.05.2026 - 12:50
17–20 may 2026-cı il tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilən Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Bakalavriat (IB) Təşkilatının baş direktoru Olli-Pekka Heinonen ilə ikitərəfli görüş keçirib.
Görüş zamanı ümumi təhsildə məzmun və qiymətləndirmə islahatları ətrafında fikir mübadiləsi aparılıb, innovativ təhsil yanaşmaları və gələcək əməkdaşlıq perspektivlərinə toxunulub.
Görüş iştirakçıları kompetensiyaəsaslı kurikulum yanaşmaları və şagirdyönümlü tədris modellərini də müzakirə ediblər. Həmçinin, müasir qiymətləndirmə yanaşmaları və şagird nailiyyətlərinin ölçülməsi sahəsində beynəlxalq təcrübə nəzərdən keçirilib.
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Səmərqənddə keçirilən “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib
23.10.2026 - 12:59 -
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22.10.2026 - 19:40 -
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05
