“Microsoft” ilə strateji tərəfdaşlıq genişlənir
19.05.2026 - 11:20
Mayın 18-də elm və təhsil nazirinin müavini Həsən Həsənli “Microsoft” şirkətinin kommersiya həlləri üzrə direktoru Conatan Vudvord ilə görüşüb.
Görüş zamanı Azərbaycanda rəqəmsal təhsil ekosisteminin gücləndirilməsi, ümumi və ali təhsil müəssisələrində “Microsoft” həllərinin tətbiqi, həmçinin “Rəqəmsal məktəb” təşəbbüsü çərçivəsində süni intellekt üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Qeyd edilib ki, cari ildə “Rəqəmsal məktəb” platformasında 40 min müəllim üçün “Microsoft Copilot” süni intellekt həlli istifadəyə verilib, eyni zamanda ümumi və ali təhsil müəssisələri üçün "Microsoft" məhsullarına çıxış imkanları genişləndirilib.
Görüş çərçivəsində süni intellektin təhsildə tətbiqi, müəllimlərin bu sahədə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də elm və tədqiqat istiqamətində bulud texnologiyalarının istifadəsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Səmərqənddə keçirilən “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib
23.10.2026 - 12:59 -
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22.10.2026 - 19:40 -
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05
