Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb
18.05.2026 - 12:50
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda iştirak məqsədilə Londonda işgüzar səfərdədir.
Səfər çərçivəsində 2022–2028-ci illər üçün Dövlət Proqramı üzrə Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. Görüşdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov da iştirak edib.
Görüş zamanı Dövlət Proqramının perspektivləri, beynəlxalq təhsil təcrübəsinin insan kapitalının inkişafına töhfəsi, eləcə də məzunların ölkənin elm, təhsil və innovasiya ekosistemində rolu ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Emin Əmrullayev xaricdə təhsil alan azərbaycanlı gənclərin əldə etdikləri bilik və bacarıqların ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Nazir tələbələrin akademik fəaliyyəti, gələcək planları və qarşılaşdıqları məsələlərlə maraqlanıb, onları akademik və peşəkar inkişaf istiqamətində fəal olmağa təşviq edib.
Qarşılıqlı müzakirə şəraitində keçən görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, fikir və təklifləri dinlənilib, həmçinin onların təhsillərini başa vurduqdan sonra Azərbaycanda mövcud karyera və iş imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Səmərqənddə keçirilən “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib
23.10.2026 - 12:59 -
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22.10.2026 - 19:40 -
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05
