Məktəblilər arasında hidrogenlə işləyən avtomobillərin yarışı üzrə seçmə mərhələsi keçirilib
15.05.2026 - 16:00
Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə beynəlxalq innovasiya və mühəndislik yarışı olan “H2 Grand Prix PRO” (hidrogenlə işləyən avtomobillərin yarışı) üzrə Azərbaycan seçmə mərhələsi keçirilib.
Məktəblilər arasında keçirilən yarışda ölkənin 15 regionunu təmsil edən 15 komandanın ümumilikdə 69 iştirakçısı bilik və bacarıqlarını nümayiş etdirərək mübarizə aparıb.
Yarış zamanı iştirakçılar komanda şəklində çalışaraq hidrogen texnologiyası əsaslı avtomobillərlə uzunmüddətli və dayanıqlı performans göstərməyə çalışıblar. Komandalar mühəndislik, proqramlaşdırma və strateji düşünmə bacarıqlarını tətbiq edərək müxtəlif tapşırıqları yerinə yetiriblər.
Yarışın yekununa əsasən, Ağdaş rayonunu təmsil edən “Pilots” komandası birinci, Bakı şəhərinin “Space Soldiers” komandası ikinci, Şirvan şəhərinin “DriveIQ” komandası isə üçüncü yeri tutublar.
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Səmərqənddə keçirilən “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib
23.10.2026 - 12:59 -
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22.10.2026 - 19:40 -
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05
