Nazir müavini Firudin Qurbanovun Tovuzdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Elm və təhsil nazirinin müavini Firudin Qurbanovun 25 may tarixində Tovuz şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Belə ki, qəbul mayın 15-də keçiriləcək.
Qəbulda Tovuz rayon sakinlərinin iştirakı nəzərdə tutulub.
Adı çəkilən rayonun sakinləri 14 may (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
13.05.2026 - 09:33
Digər xəbərlər
-
Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb
01.10.2026 - 16:35 -
Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetini ziyarət edib
01.10.2026 - 10:18 -
Müdafiə sənayesi üzrə ali təhsil, kadr hazırlığı, elmi-tədqiqat və texnologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
30.09.2026 - 21:18 -
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçiriləcək
29.09.2026 - 15:47 -
“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub
29.09.2026 - 15:11
