Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda Gənclər Forumu keçirilib

Mayın 8-də “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda Gənclər Forumu təşkil olunub.

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir Gənclər və İdman Nazirliyinin, “ASAN xidmət”in və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

 

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov çıxış edərək ulu öndərin zəngin dövlətçilik fəaliyyətindən, Azərbaycanın dirçəlişində və müstəqil dövlət kimi formalaşmasında oynadığı müstəsna rolundan danışıblar.  


Gənclər və idman naziri Fərid Qayıbov çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən gənclərə hər zaman xüsusi diqqət və qayğı göstərilib. Nazir qeyd edib ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə Azərbaycan gənclərinin ilk forumu keçirilib, ötən əsrdə minlərlə gəncin xarici ölkələrdə təhsil almasına şərait yaradılıb. Əlavə edib ki, hazırda Azərbaycan gəncləri təkcə döyüş meydanında deyil, elm, təhsil, idman və digər sahələrdə də mühüm uğurlar əldə edir, dövlət qurumları tərəfindən onların inkişafına yönəlmiş layihələr həyata keçirilir.

 

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov isə çıxışında Heydər Əliyevin müstəqilliyin qorunub saxlanılmasının gənclərin üzərinə düşən ən mühüm vəzifələrdən biri olduğunu hər zaman xüsusi vurğuladığını diqqətə çatdırıb. Nazir müavini bildirib ki, müasir texnoloji çağırışlar dövründə bu məsuliyyət daha da artır. Nazir müavini Heydər Əliyevin dövlətçilik tarixində müstəqil dövlətçiliyin simvollarından biri olduğunu qeyd edərək onun uzaqgörən siyasəti nəticəsində ölkənin iqtisadi əsaslarının formalaşdırıldığını və gənclərin təhsilinə, beynəlxalq təcrübə qazanmasına geniş imkanlar yaradıldığını deyib. Firudin Qurbanov həmçinin bildirib ki, bilik, bacarıq, yaradıcı yanaşma və komanda ilə işləmək qabiliyyəti müasir gənclər üçün əsas amillərdəndir və ölkənin inkişafında yaradıcı gənclərin rolu böyükdür.

 

Forumun ikinci hissəsində “Heydər Əliyevin dövlətçilik irsi və gənclər siyasəti” mövzusuna həsr olunan panel görüşdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva və Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktor müavini Rəna Məmmədova iştirak ediblər.

 

Panel çərçivəsində ulu öndər Heydər Əliyevin formalaşdırdığı dövlətçilik prinsipləri, gənclər siyasətinin institusional əsasları, təhsil və insan kapitalının inkişafı məsələləri müzakirə olunub. Eləcə də gənclərin dövlət idarəçiliyində və ictimai həyatda rolu, müasir dövrdə qarşıya çıxan yeni çağırışlar barədə fikir mübadiləsi aparılıb.

 

Forumda bu istiqamətdə həyata keçirilən silsilə tədbirlərlə bağlı və ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olunub.


08.05.2026 - 14:00