Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Firudin Qurbanov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimində iştirak edib

Mayın 1-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimi keçirilib.

 

Açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, müasir dövrdə ictimai proseslərin düzgün və peşəkar şəkildə işıqlandırılması dövlət-media əməkdaşlığının əsas prioritet istiqamətlərindən birinə çevrilib. Qeyd olunub ki, artıq üçüncü ildir təşkil olunan Forum bu istiqamətdə səmərəli dialoq platforması olmaqla yanaşı, media subyektləri ilə dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə, cəmiyyətin dolğun və etibarlı informasiya ilə təminatına mühüm töhfə verir. 

 

Forumda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov bildirib ki, rəqəmsallaşma müasir dövrdə informasiya dövriyyəsinin sürətini və əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirməklə yanaşı, media və kommunikasiya sahəsində innovativ yanaşmaların tətbiqini zəruri edən əsas amillərdən birinə çevrilib. Vurğulanıb ki, rəqəmsal transformasiya şəraitində etibarlı informasiya mühitinin qorunması, müasir kommunikasiya alətlərindən səmərəli istifadə və ictimai etimadın gücləndirilməsi media institutlarının qarşısında duran əsas prioritetlər sırasındadır.

 

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında vurğulayıb ki, rəqəmsal transformasiya şəraitində media və təhsil institutları arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, media savadlılığının artırılması, gənclərdə sorğulayıcı düşüncə və rəqəmsal bacarıqların formalaşdırılması, eləcə də etibarlı informasiya mühitinin təşviqi müasir təhsil siyasətinin əsas prioritetlərindəndir, bu baxımdan insan kapitalının inkişafı, süni intellekt və innovasiya əsaslı yanaşmaların tətbiqi dayanıqlı inkişafın mühüm tərkib hissəsinə çevrilib.

 

Nazir müavini əlavə edib ki, ölkəmizdə təhsilin rəqəmsallaşması prosesi sürətlə aparılır. Hazırda təhsil məlumatları bütün inzibati səviyyələr üzrə rəqəmsallaşdırılıb. Şagird–kompüter nisbətini yaxşılaşdırmaq istiqamətində işlər görülür. Məktəblərin 63 faizi və şagirdlərin 82 faizi genişzolaqlı internetlə təmin olunub. Növbəti mərhələdə bütün məktəblərə fiber-optik internet, yenilənmiş daxili şəbəkə, müəllim və şagird cihazlarının qoşulması və gücləndirilmiş texniki dəstək təmin olunacaq. 

 

Çıxışında “Rəqəmsal bacarıqlar” və "STEAM Azərbaycan" layihələri, eləcə də “Rəqəmsal məktəb” platforması barədə məlumat verən nazir müavini qeyd edib ki, bu sahədə əldə olunan irəliləyiş dövlətin rəqəmsallaşmaya verdiyi önəmin nəticəsidir və təhsil sistemində müsbət dəyişikliklərə səbəb olub. Eyni zamanda süni intellektin tətbiqi ilə vahid məlumatların idarə edilməsi sisteminin qurulması istiqamətində işlər nəzərdə tutulur. Bu sistem təhlükələrin azaldılması və zəruri tədbirlərin operativ şəkildə həyata keçirilməsi baxımından əhəmiyyətlidir. 

 

Nazir müavini çıxışının sonunda qeyd edib ki, media bu gün sadəcə vasitəçi deyil, həm cəmiyyəti birləşdirə, həm də onun strukturunda destruktiv dəyişikliklər yarada bilən ictimai proseslərin aktiv iştirakçısıdır. Belə şəraitdə qeyri-dəqiq məlumatların yayılmasına yol verməmək üçün yüksək peşəkarlıq tələb edilir. Mövcud risklərə baxmayaraq, sosial media daha məlumatlı və fəal cəmiyyətin formalaşdırılması üçün unikal imkanlar təqdim edir. Dezinformasiyaya qarşı mübarizə vasitələrinin təkmilləşdirilməsi, əhalinin media savadlılığının inkişaf etdirilməsi və çoxsəviyyəli fakt yoxlama sistemlərinin yaradılması informasiya məkanının keyfiyyətini əhəmiyyətli dərəcədə artıra bilər. Bu baxımdan inanırıq ki, Forum bu qlobal proseslərin inkişafına, medianın hərtərəfli tərəqqisinə yardım edəcək konstruktiv təkliflər verəcək. 

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov öz növbəsində qeyd edib ki, ölkədə həyata keçirilən müasir şəhərsalma, yenidənqurma və bərpa layihələrinin sosial, iqtisadi və mədəni əhəmiyyətinin geniş auditoriyaya çatdırılması, eləcə də müvafiq sahədə ictimai məlumatlılığın artırılması media ilə dövlət qurumları arasında effektiv kommunikasiya mexanizmlərinin formalaşdırılmasını zəruri edir. O vurğulayıb ki, 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu mövzuda informasiya təminatının aktuallığını daha da artırmaqla yanaşı, şəhərsalma siyasətinin prioritetlərinin cəmiyyətə sistemli və ardıcıl şəkildə təqdim olunması üçün əlavə imkanlar yaradır.

 

Açılış mərasimində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan, həmçinin ötən il keçirilmiş Forumun əsas məqamlarını əks etdirən videoçarxlar nümayiş olunub.

 

Qeyd edək ki, Forum öz işini “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi”, “Rəqəmsal mühitdə gözlənilməz risklər: Zərərli informasiyaya qarşı birgə mübarizə” və “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” mövzularında panel sessiyalarla davam etdirir.


01.05.2026 - 14:30