Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Emin Əmrullayev “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda iştirak edib

Aprelin 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Davamında “Ailə, qadın və uşaq məsələləri sahəsində dövlət siyasəti” adlı film nümayiş etdirilib.

 

Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova son 30 il ərzində müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi və inkişafı prosesində insan kapitalına  yönəlik siyasətin mərhələli şəkildə formalaşdığını və bu gün artıq sistemli bir xarakter aldığını qeyd edib. 

 

Dövlət Komitəsinin fəaliyyətinə diqqət çəkən Komitə rəsmisi çıxışında vurğulayıb ki, ailə cəmiyyətin təməlidir, milli kimliyimizin daşıyıcısıdır, qadın bu təməlin yaradıcısı və aparıcı qüvvəsidir, uşaq isə dövlətimizin gələcəyidir, onun davamlı inkişafının təminatıdır. Məhz buna görə də dövlət siyasətimizin məqsədi bu istiqamətləri ayrı-ayrılıqda deyil, əksinə bir-birini qarşılıqlı şəkildə gücləndirən və tamamlayan vahid bir model kimi formalaşdırmaqdır.

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili  (Ombudsman) Səbinə Əliyeva öz növbəsində qeyd edib ki, Azərbaycanda ailə, qadın və uşaq məsələləri dövlət siyasətində əsas yer tutur və bu sahədə həyata keçirilən tədbirlər nəticəsində mühüm nailiyyətlər əldə olunub. Ombudsman vurğulayıb ki, ölkə rəhbərliyi tərəfindən ailə, qadın və uşaq siyasəti sahəsində kompleks islahatlar həyata keçirilir, müdafiə mexanizmləri genişləndirilir və sosial təminat gücləndirilir. Bu tədbirlər cəmiyyətin sosial rifahının və dayanıqlı inkişafının təmin olunmasına xidmət edir.

 

Açılış mərasimində iştirak edən elm və təhsil naziri Emin Əmrullayev çıxışında bildirib ki, uşaqların təhsili və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün qarşılıqlı əməkdaşlığa əsaslanan iş modelinin qurulması son dərəcə vacibdir. Nazir qeyd edib ki, təhsil nailiyyətlərinə baxıldıqda iki istiqamət üzrə inkişafdan danışmaq mümkündür: birinci istiqamət təlim və nəticələr, ikinci istiqamət isə uşağın tərbiyəsi. Emin Əmrullayev vurğulayıb ki, məktəblərdə bu iki istiqamət paralel aparılmalı, xüsusilə tərbiyə məsələləri ön plana çəkilməlidir. 
 
Emin Əmrullayevin sözlərinə görə, əsas məsələ ailənin övladına ötürdüyü dəyərlərdir. Valideynlərin məsuliyyətini dərk etməsi, məktəb və müəllimlə birgə fəaliyyət göstərməsi gənc nəslin inkişafında mühüm rol oynayır. Əlavə edib ki, dəyərlərə əsaslanan təhsil sisteminin formalaşdırılması cəmiyyət üçün daha sağlam, məsuliyyətli və düşüncəli fərdlərin yetişməsinə zəmin yarada bilər. Nazir həmçinin diqqətə çatdırıb ki, qadınların təhsil almasına imkan yaradılması vacibdir və gələcəyin təminatı təhsilli analardan asılıdır. Təhsilli anaların sayının artması həm də təhsilli uşaqların sayının artması deməkdir.

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində 2018-ci ildən etibarən 4 milyon insanı əhatə edən 5 sosial islahat paketinin reallaşdırıldığını diqqətə çatdırıb. Bildirib ki, bu islahatların əsas məqsədi məhz cəmiyyətin həssas qruplarının, o cümlədən aztəminatlı ailələrin, qadınların və uşaqların sosial müdafiəsinin gücləndirilməsidir.

 

Nazir çıxışının yekununda vurğulayıb ki, ailə, qadın və uşaq siyasəti dayanıqlı inkişafın əsasını təşkil edən mühüm istiqamətlərdəndir. Bu sahədə həyata keçirilən tədbirlər yalnız bu günün deyil, gələcək cəmiyyətin də formalaşmasına xidmət edir.

 

Çıxışlardan sonra “Tarix yazanlardan gələcək quranlara”  filminin nümayişi və bədii kompozisiyanın təqdimatı baş tutub.

 

Konfrans panel müzakirələrlə davam edib.


30.04.2026 - 17:00