Nazir müavini Firudin Qurbanov Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə Dövlət Komissiyasının 24-cü iclasında iştirak edib
16.04.2026 - 18:00
Aprelin 16-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov Zəngilan şəhərində keçirilmiş Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında iştirak edib.
İclasda iki ölkə arasında ticarət-iqtisadi, nəqliyyat, sənaye, təhsil və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanları müzakirə olunub.
Yekunda komissiyanın həmsədrləri tərəfindən iclasın nəticələrinə dair protokol imzalanıb.
Həmçinin Hökumətlərarası Dövlət Komissiyasının iclası çərçivəsində elm və təhsil nazirinin müavini Firudin Qurbanov ilə Rusiya Federasiyasının maarif nazirinin müavini Andrey Korneyev arasında görüş keçirilib. Görüş zamanı ümumi təhsil sahəsində əlaqələrin cari vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə olunub.
Digər xəbərlər
-
NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29) öz işinə başlayıb
30.10.2026 - 20:00 -
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
28.10.2026 - 17:31 -
“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” sessiyası keçirilib
28.10.2026 - 15:30 -
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
28.10.2026 - 10:45 -
Bakıda IE Liderlik və İnnovasiya Mərkəzinin açılışı olub
28.10.2026 - 10:00
