Nazir müavini Azərbaycanla Latviya arasında Hökumətlərarası Komissiyanın 9-cu iclasında çıxış edib
15.04.2026 - 16:45
Aprelin 15-də Şuşa şəhərində keçirilmiş Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasında elm və təhsil nazirinin müavini Həsən Həsənli iştirak edib.
İclasda çıxış edən nazir müavini iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə iştirakçıları məlumatlandırıb. Nazir müavini çıxışında hər iki ölkənin təhsilalanlarının qarşılıqlı mübadiləsinin genişləndirilməsi, birgə təhsil layihələrinin dəstəklənməsi, eləcə də ali təhsil müəssisələri arasında akademik əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə də məlumat verib.
Komissiyanın iclasında həmçinin iki ölkə arasında investisiya, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, nəqliyyat, şəhərsalma və tikinti, ətraf mühitin mühafizəsi, turizm, mədəniyyət və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və potensial imkanları müzakirə olunub.
Sonda iclasın yekunlarına dair Protokol imzalanıb.
Digər xəbərlər
-
NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29) öz işinə başlayıb
30.10.2026 - 20:00 -
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
28.10.2026 - 17:31 -
“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” sessiyası keçirilib
28.10.2026 - 15:30 -
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
28.10.2026 - 10:45 -
Bakıda IE Liderlik və İnnovasiya Mərkəzinin açılışı olub
28.10.2026 - 10:00
