Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümündə II dövrəyə start verilib
13.04.2026 - 15:05
Ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümü üzrə II dövrəyə start verilib.
Liqanın A qrupunda mübarizə aparan Bakı Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandalarının qarşılaşması olub, oyun 2:1 hesabı ilə başa çatıb.
Daha sonra Azərbaycan İdman Akademiyasının komandası Azərbaycan Texniki Universitetinin komandasına 3:0 hesabla qalib gəlib. Azərbaycan Dövlət İqtisad Universiteti ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandalarının oyunu 4:4 hesabla başa çatıb.
Azərbaycan Texniki Universitetinin idman kompleksində 14 ali təhsil müəssisəsinin komandalarının mübarizə apardığı yarışa may ayında yekun vurulacaq.
Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.
Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliği, perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması, həmçinin tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasıdır.
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Səmərqənddə keçirilən “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib
23.10.2026 - 12:59 -
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22.10.2026 - 19:40 -
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05
