Firudin Qurbanov Türkmənistanda keçirilən 3-cü Beynəlxalq Riyaziyyat Olimpiadasının açılışında iştirak edib
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Türkmənistanın Aşqabad şəhərinə səfər edib.
Səfər çərçivəsində nazir müavini Türkmənistanın təhsil naziri Cumamırat Qurbangeldiyevin dəvəti əsasında Məhtimqulu adına Türkmən Dövlət Universitetində məktəblilər üçün təşkil edilmiş 3-cü Beynəlxalq Riyaziyyat Olimpiadasının açılış mərasimində iştirak edib.
Olimpiada çərçivəsində Firudin Qurbanov şagirdlərin nümayiş etdirdiyi lövhələrə və guşələrə baxış keçirib.
Olimpiadanın açılış mərasimində çıxış edən nazir müavini Azərbaycan və Türkmənistan arasında dostluq münasibətləri, elm və təhsil sahəsində əməkdaşlıq barədə tədbir iştirakçılarını məlumatlandırıb. Çıxışı zamanı Firudin Qurbanov şagirdlərin inkişafında intellektual oyunların və bilik yarışmalarının rolunu xüsusi vurğulayıb. Nazir müavini olimpiada iştirakçılarına tövsiyələrini çatdıraraq uğurlar arzulayıb.
Olimpiadanın açılış mərasimindən sonra nazir müavini Məhtimqulu adına Türkmən Dövlət Universitetinin rəhbər heyəti ilə görüşüb, universitetin muzeyini, eləcə də dahi mütəfəkkir və şair Məhtimqulu Fəraqiyə həsr olunmuş guşəni ziyarət edib.
Qeyd edək ki, 3-cü Beynəlxalq Riyaziyyat Olimpiadasının açılış mərasimində, həmçinin Məhtimqulu adına Türkmən Dövlət Universitetinin rəhbər heyəti ilə keçirilmiş görüşdə Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov da iştirak edib.
10.04.2026 - 09:27
Digər xəbərlər
-
Ulu öndərin məzarı ziyarət edilib
10.05.2026 - 12:40 -
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
08.05.2026 - 20:52 -
Ulu öndər Heydər Əliyevin 103 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2026 - 18:20
