Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavini Firudin Qurbanov Bərdə və Ağdam rayonlarında olub

Aprelin 3-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Bərdə və Ağdam rayonlarına səfər edib. 

 

Bərdə rayonuna səfər zamanı əvvəlcə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ilə birlikdə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. 

 

Bərdə rayonuna səfər çərçivəsində Firudin Qurbanov vətəndaş qəbulu keçirib. Nazir müavini vətəndaşlar tərəfindən edilən hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq tapşırıqlar verib. 

 

Daha sonra Ağdam rayonuna səfər edən nazir müavini Ayköl Manas adına Xıdırlı kənd tam orta ümumtəhsil məktəbini ziyarət edib, burada yaradılmış tədris şəraiti və təhsil prosesi ilə yaxından tanış olub. Nazir müavini dərs prosesini izləyib, müəllim və şagirdlərlə ünsiyyət quraraq tədrisin keyfiyyətinin artırılması, innovativ yanaşmaların tətbiqi və şagirdyönümlü təhsil mühitinin formalaşdırılması istiqamətində fikir mübadiləsi aparıb.

 

Ağdam rayonuna səfərin davamında Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlərlə görüş keçirilib. Görüşdə sözügedən region üzrə çalışan məktəb direktorları da iştirak ediblər. Görüş zamanı təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, müasir tədris metodlarının tətbiqi və innovativ yanaşmaların genişləndirilməsi məsələləri müzakirə olunub. 

 

Firudin Qurbanov çıxışında gənc müəllimlərin təhsil sistemində aparılan islahatlarda mühüm rol oynadığını qeyd edib, onların təşəbbüskarlığının və innovativ yanaşmalarının dəstəklənməsinin vacibliyini vurğulayıb.

 

Görüş çərçivəsində iştirakçıların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.


03.04.2026 - 17:12