Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavini Kənan Kərimzadə Lənkəranda olub

Aprelin 2-də elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran rayonuna səfər edib. 

 

Əvvəlcə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ilə birgə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

 

Səfər çərçivəsində nazir müavini Kənan Kərimzadə Lənkəran şəhəri Azər Məhərrəmov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində tədris prosesi və məktəbin infrastrukturu ilə yaxından tanış olub. 

 

Məktəblə tanışlıq zamanı nazir müavini burada fəaliyyət göstərən STEAM Mərkəzinə də baxış keçirib, STEAM və “Rəqəmsal bacarıqlar” layihələri çərçivəsində dərs prosesində iştirak edib. Sözügedən layihələr çərçivəsində şagirdlərdə analitik düşünmə, problem həll etmə və texnoloji bacarıqların formalaşdırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb. Məktəbdə kiçik yaşlı məktəblilərin dron vasitəsilə hazırladıqları oyuna baxış keçirilib.

 

Daha sonra təhsil müəssisəsində fəaliyyət göstərən peşə təmayüllü siniflərlə tanışlıq zamanı şagirdlərin erkən ixtisas yönümlü bilik və bacarıqlar əldə etməsi üçün görülən işlər yüksək qiymətləndirilib. Qeyd olunub ki, bu siniflərin məzunlarının təxminən 80 faizi peşə təhsili müəssisələrinə qəbul olunur.

 

Səfər zamanı Lənkəran-Astara regionu üzrə ümumtəhsil məktəblərində fəaliyyət göstərən direktorlarla keçirilən görüşdə təhsil müəssisələrinin idarə olunmasında müasir yanaşmalar, liderlik bacarıqlarının inkişafı və məktəbdaxili idarəetmənin effektiv təşkili məsələləri ətrafında geniş müzakirələr aparılıb.

 

Kənan Kərimzadə çıxışında məktəb rəhbərlərinin təhsilin keyfiyyətinin yüksəldilməsində əsas aparıcı qüvvələrdən biri olduğunu qeyd edib, onların təşəbbüskarlığının, innovativ düşüncə tərzinin və dəyişikliklərə adaptasiya qabiliyyətinin vacibliyini vurğulayıb.

 

Görüş çərçivəsində region məktəblərində tədrisin keyfiyyət göstəricilərinin artırılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, eləcə də məktəb-valideyn-ictimaiyyət əməkdaşlığının gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, iştirakçıların təklif və təşəbbüsləri dinlənilib.

 

Səfər zamanı vətəndaş qəbulu keçirən Kənan Kərimzadə müraciətləri dinləyib, səsləndirilən məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib.


02.04.2026 - 17:57