Ölkəmizin məktəbəqədər təhsil üzrə nailiyyətləri UNESCO-nun nüfuzlu beynəlxalq hesabatında işıqlandırılıb
UNESCO-nun mənzil-qərargahında yüksəksəviyyəli təqdimatı keçirilən 2026-cı il Qlobal Təhsil Monitorinqi Hesabatı “2030-a geri sayım” adlı üçhissəli seriyanın ilk buraxılışı olaraq təhsildə əlçatanlıq və bərabərlik mövzusuna həsr edilib.
Hesabatın məqsədi ölkələrin təhsil sahəsində irəliləyişini xüsusilə əlçatanlıq və bərabərlik baxımından qiymətləndirmək, bu nəticələrə təsir göstərən əsas amilləri təhlil etmək və 2030-cu ildən sonrakı təhsil gündəliyi üzrə müzakirələrə töhfə verməkdir.
Bu çərçivədə, hesabat son 25 il ərzində məktəbəqədər, ibtidai, orta və ali təhsil səviyyələri üzrə əlçatanlıq və bərabərlik göstəricilərini əhatə edir. Hesabatda, eyni zamanda, qeyd olunan istiqamətlər üzrə ölkə nümunələri əsasında əldə olunan nəticələr daha geniş tədqiqatlarla əlaqələndirilir.
Bu kontekstdə, Azərbaycanın məktəbəqədər təhsil sahəsində əldə etdiyi nailiyyətlər nümunəvi ölkə təcrübələri sırasında yer alır. Hesabatda qeyd olunur ki, Azərbaycan Respublikası cəmi 5 il ərzində məktəbəhazırlıq qrupları ilə əhatə olunan 5 yaşlı uşaqların göstəricisini 25 faizdən 92 faizə yüksəltməklə dünya miqyasında nümunəvi nəticə nümayiş etdirib. Hesabatda, həmçinin ölkəmizdə həyata keçirilən qanunvericilik islahatları, müəllim hazırlığı və məzmun sahələrində görülən işlər xüsusi vurğulanıb.
Xatırladaq ki, təqdimat mərasimində 30-dan çox ölkənin təhsil nazirləri, beynəlxalq təşkilatların rəhbərləri və təhsil üzrə ekspertlər iştirak ediblər.
UNESCO-nun Qlobal Təhsil Monitorinqi Hesabatı ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
https://unesdoc.unesco.org/ark:/48223/pf0000397618/PDF/397618eng.pdf.multi.nameddest=p83
28.03.2026 - 13:03
Digər xəbərlər
-
Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edib
24.07.2026 - 16:17 -
Qəbələdə qida emalı üzrə müasir tədris-istehsalat emalatxanasının təqdimatı keçirilib
24.07.2026 - 15:48 -
Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olunub
24.07.2026 - 14:56 -
Komandamız Avropa Universitet Oyunlarının final mərhələsinə yüksəlib
24.07.2026 - 11:08 -
Elm və təhsil nazirinin müavini Pakistanın dövlət naziri ilə görüşüb
23.07.2026 - 19:19
