Həsən Həsənli UNESCO-nun Qlobal Təhsil Monitorinqi (GEM) Hesabatının təqdimat mərasimində iştirak edib
25.03.2026 - 19:00
Elm və təhsil nazirinin müavini Həsən Həsənli martın 25-də UNESCO-nun mənzil-qərargahında keçirilən UNESCO-nun Qlobal Təhsil Monitorinqi (GEM) Hesabatının yüksək səviyyəli təqdimat mərasimində iştirak edib.
UNESCO-ya üzv dövlətlərin təhsil nazirliklərinin yüksək səviyyəli nümayəndələri, beynəlxalq və regional təşkilatların təmsilçiləri, eləcə də ekspertlərin iştirak etdiyi təqdimat mərasiminin açılışında UNESCO-nun Təhsil üzrə Baş direktorunun müavini Stefania Giannini, GEM Hesabatının direktoru Manos Antoninis, eləcə də OECD-nin Təhsil və Bacarıqlar üzrə direktoru Andreas Şleyxer çıxış edib.
Tədbirin rəsmi açılışından sonra təhsildə əlçatanlıq və bərabərlik, təhsildən kənar qalan uşaqlar, təhsilin ədalətli maliyyələşdirilməsi, eləcə də məktəbəqədər təhsil kimi mövzular üzrə panel müzakirələr təşkil edilib.
Tədbir çərçivəsində, eyni zamanda, nazir müavini Həsən Həsənli Özbəkistanın məktəbəqədər və ümumi təhsil naziri Ezozkhon Karimova ilə ikitərəfli görüş keçirərək ölkələr arasında müvafiq sahələrdə cari əməkdaşlıq və gələcək inkişaf perspektivlərini müzakirə edib.
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Səmərqənddə keçirilən “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib
23.10.2026 - 12:59 -
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22.10.2026 - 19:40 -
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05
