İdris İsayev ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının 3-cü iclasında iştirak edib
17.03.2026 - 18:00
Martın 17-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının 3-cü iclası keçirilib.
İclasda elm və təhsil nazirinin müavini İdris İsayev də iştirak edib.
Milli Komissiyanın baş katibi, Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Fərrux Cumayev Katibliyin fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.
ICESCO-nun Bakı Regional Ofisinin direktor müavini Məryəm Qafarzadə çıxışında qısa müddətdə Regional Ofisin fəaliyyətinin tam formalaşdırıldığını deyib. Bildirib ki, bu prosesdə dövlət başçısının göstərişi ilə Mədəniyyət Nazirliyi tərəfindən ofisin fəaliyyətinə zəruri dəstək göstərilib.
Daha sonra Milli Komissiyanın 2026–2028-ci illərə dair Fəaliyyət planı müzakirə olunub, Komissiya üzvlərinin rəy və təklifləri dinlənilib.
Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi, millət vəkili Soltan Məmmədov Fondla ICESCO arasında gələcək əməkdaşlıq barədə məlumat verib.
İclasda həmçinin Milli Komissiyanın internet səhifəsinin təqdimatı olub.
Sonda birgə foto çəkdirilib.
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Səmərqənddə keçirilən “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib
23.10.2026 - 12:59 -
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22.10.2026 - 19:40 -
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05
