Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Emin Əmrullayev təhsil idarəçiliyində strateji baxış və şəxsi liderlik mövzusunda təcrübəsini bölüşüb

Martın 17-də Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Danışır təcrübə” layihəsi çərçivəsində baş tutan sayca 10-cu görüşün qonağı elm və təhsil naziri Emin Əmrullayev olub.
 

Nazir çıxışına başlamazdan əvvəl görüş iştirakçılarını Torpaq çərşənbəsi münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.
 

“Təhsil idarəçiliyində strateji baxış və şəxsi liderlik təcrübəsi” mövzusunda çıxış edən nazir öz peşəkar fəaliyyət yolu və bu müddət ərzində qazandığı təcrübələr barədə iştirakçılarla fikirlərini bölüşüb.
 

Nazir çıxışında uğur anlayışına da toxunaraq qeyd edib ki, uğurlu olmaq hər bir insan üçün fərdi məna daşıyır, uğur yalnız nəticə ilə deyil, eyni zamanda insanın özünü xoşbəxt və faydalı hiss etməsi ilə ölçülür. Emin Əmrullayev vurğulayıb ki, uğurlu olmağın əsas komponentləri sırasında fərdi bacarıqlar və fitri istedadla yanaşı, ən vacib amillərdən biri mühitdir. Nazir sağlam və inkişafyönümlü mühitin formalaşmasının həm fərdi inkişafda, həm də peşəkar uğurun əldə olunmasında həlledici rol oynadığını qeyd edib.
 

Görüş zamanı eyni zamanda qərarvermə prosesində məsuliyyət, öyrənmə bacarığı, davamlı inkişaf və komanda ilə işləməyin əhəmiyyəti kimi məsələlərə də toxunulub.
 

İnteraktiv formatda keçirilən görüş çərçivəsində iştirakçıların sualları cavablandırılıb və açıq müzakirələr aparılıb.
 

Qeyd edək ki,  “Danışır təcrübə” layihəsinin əsas məqsədi müxtəlif sahələrdə uzunillik təcrübəyə malik peşəkarların iştirakı ilə nazirliyin və tabeli qurumların əməkdaşları üçün praktik bilik və bacarıqların paylaşılması, onların şəxsi və peşəkar inkişafına töhfə verməkdir.


18.03.2026 - 11:13