IV “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat başlayır
Martın 11-dən Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə “Maarifçi” tələbə-məzun təcrübə proqramının növbəti – IV mərhələsinə qeydiyyat prosesi başlayır.
Bu dəfə “Rəqəmsal gələcək” şüarı ilə keçirilən proqram Azərbaycan Respublikasının vətəndaşı olan, bakalavriat səviyyəsinin sonuncu kurs tələbələri və magistratura səviyyəsində təhsil alanlar, həmçinin son 3 il ərzində təhsilini başa vurmuş məzunlar üçün nəzərdə tutulub.
Proqrama müraciət üçün keçid: https://anket.edu.az/user/309
4 ay davam edəcək “Maarifçi” proqramı çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyinin müxtəlif struktur bölmələri və tabe qurumlarında, regional təhsil idarələrində, eləcə də Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçmək imkanına sahib olacaqlar.
Proqramın məqsədi tələbə və yeni məzun olmuş gənclərə real iş mühitində təcrübə qazandırmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini praktikada tətbiq etmələrinə və peşəkar vərdişlər əldə etmələrinə dəstək olmaqdır.
Qeyd edək ki, 2024–2025-ci illərdə proqram artıq üçüncü dəfə ardıcıl olaraq uğurla həyata keçirilib və ümumilikdə 102 nəfər məzun olub. Onlardan 50 nəfəri Elm və Təhsil Nazirliyi və tabe qurumlarında, eləcə də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində işlə təmin olunub.
11.03.2026 - 10:03
Digər xəbərlər
-
Ulu öndərin məzarı ziyarət edilib
10.05.2026 - 12:40 -
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
08.05.2026 - 20:52 -
Ulu öndər Heydər Əliyevin 103 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2026 - 18:20
