Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev martın 10-da Ağdam şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrinin müəllimləri ilə görüş keçirib. 
 

Sözügedən təhsil müəssisələrinin rəhbər heyətinin də iştirak etdiyi görüşdə nazir çıxışı zamanı işğaldan azad olunmuş ərazilərdə müasir tədris mühitinin yaradılması və müəllimlərin peşə fəaliyyətini dəstəkləyəcək şəraitin formalaşdırılması istiqamətində görülən işləri qeyd edib. 
 

Nazir həmçinin məktəb-valideyn əməkdaşlığının gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, təhsil işçilərinin peşəkar potensialının artırılması işğaldan azad edilmiş ərazilərdə təhsil sisteminin dayanıqlı inkişafının əsas amillərindən biridir.
 

Elm və təhsil naziri müəllimlərin qayğı və problemlərini, səsləndirilən təklifləri dinləyib, onların səylərini yüksək qiymətləndirərək Böyük Qayıdış çərçivəsində təhsil sahəsinin inkişafına verdikləri töhfələrin əhəmiyyətini xüsusi vurğulayıb.
 

Görüşdə yaradılmış təhsil infrastrukturu və qarşıda duran əsas vəzifələr, eyni zamanda tədrisin keyfiyyəti, innovativ tədris metodlarının tətbiqi və müasir təhsil proqramlarının uğurla icrası ilə bağlı vacib məqamlar müzakirə olunub.
 

Sonda qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə keyfiyyətli və dayanıqlı təhsil mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək. 
 

Görüşdən sonra Ağdam şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində yaradılmış şərait, eləcə də STEAM mərkəzi ilə tanışlıq olub.


10.03.2026 - 19:46