Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və təhsil naziri Xankəndi və Xocalıda təhsil müəssisələrində olub

Martın 10-da elm və təhsil naziri Emin Əmrullayev Xankəndi və Xocalı şəhərlərinə səfəri çərçivəsində bir sıra təhsil müəssisələrində tədris prosesi və yaradılmış şəraitlə yaxından tanış olub.
 

Nazir ilk olaraq Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə olub. Məktəbdə dərs prosesini izləyən nazir burada yaradılan müasir tədris mühiti ilə tanış olub, müəllim və şagirdlərlə söhbət edib. 
 

Görüş zamanı işğaldan azad olunmuş ərazilərdə məktəblərin fəaliyyətinin bərpası, müasir infrastrukturun yaradılması və keyfiyyətli təhsil mühitinin formalaşdırılması istiqamətində ardıcıl və sistemli işlər həyata keçirildiyi vurğulanıb. 
 

Səfər çərçivəsində nazir Xankəndi şəhəri 1 nömrəli körpələr evi-uşaq bağçasında da olub. Bağçada təlim-tərbiyə prosesinin təşkili ilə tanış olan nazir həmçinin uşaqların iştirakı ilə təşkil olunan Novruz şənliyini izləyib. 
 

Daha sonra nazir Xocalı şəhəri 1 nömrəli tam orta məktəbdə tədris prosesini izləyib, müəllim və şagird kollektivi ilə görüşüb, burada yaradılmış şəraitlə tanış olub.
 

Səfər çərçivəsində Emin Əmrullayev Xocalı şəhəri 1 nömrəli tam orta məktəbin Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Nazilə Məmişovanın ailəsini də ziyarət edib. Bildirilib ki, Nazilə Məmişovanın atası və qardaşı Vətən uğrunda şəhid olublar. Nazir görüş zamanı şəhidlərin xatirəsinin hər zaman böyük ehtiramla yad edildiyini və onların Vətən uğrunda göstərdiyi qəhrəmanlığın heç vaxt unudulmayacağını vurğulayıb.


10.03.2026 - 14:49