Aqrar sahədə ixtisaslı kadr hazırlığının gücləndirilməsi istiqamətində əməkdaşlığa başlanılır
Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumun imzalanma mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə müasir aqrar texnologiyaların tətbiqinin və istehsalatla təhsilin inteqrasiyasının peşə təhsilinin keyfiyyətini yeni mərhələyə yüksəldəcəyini bildirib. Vurğulayıb ki, bu əməkdaşlıq innovativ yanaşmaların genişlənməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edəcək.
Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev çıxışında əməkdaşlığın aqrar sektorun davamlı inkişafına, insan kapitalının daha da möhkəmlənməsinə və ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.
Memorandumu Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı imzalayıblar.
Sənədin imzalanmasında əsas məqsəd aqrar sahədə peşə hazırlığının səmərəliliyini artırmaq, rəqabətqabiliyyətli və ixtisaslı kadrların hazırlanmasına nail olmaq, peşə təhsilini aqrar sahənin real ehtiyaclarına uyğunlaşdırmaq, eləcə də regionlarda dayanıqlı inkişafı dəstəkləməklə peşəkar kadr hazırlığını gücləndirməkdir.
Memoranduma əsasən, tərəflər aqrar sahə üzrə ixtisaslı kadrların hazırlanması və onların rəqabət qabiliyyətinin artırılması istiqamətində birgə fəaliyyət göstərəcəklər. Həmçinin peşə təhsili müəssisələrinin tələbələrinin laboratoriya, baytarlıq, bitki mühafizəsi və kənd təsərrüfatı texnikası sahələrində praktiki bilik və bacarıqlar əldə etməsi üçün müvafiq şərait yaradılacaq.
Eyni zamanda, aqrar texnologiyaların tətbiqi üzrə birgə layihələrin həyata keçirilməsi, müasir yanaşmaların təşviqi və sahə üzrə əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin olunması da əməkdaşlığın əsas istiqamətləri sırasında yer alır.
Qeyd edək ki, əməkdaşlıq aqrar sahədə peşə təhsilinin yeni mərhələyə qədəm qoyması baxımından mühüm əhəmiyyət daşıyır və gələcəkdə sektorun inkişafına mühüm töhfə verəcəyi gözlənilir.
02.03.2026 - 15:03
Digər xəbərlər
-
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək
02.10.2026 - 17:19 -
“Danışır təcrübə” layihəsinin növbəti görüşünün qonağı Bahar Muradova olub
02.10.2026 - 15:01 -
Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb
01.10.2026 - 16:35 -
Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetini ziyarət edib
01.10.2026 - 10:18 -
Müdafiə sənayesi üzrə ali təhsil, kadr hazırlığı, elmi-tədqiqat və texnologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
30.09.2026 - 21:18
